Azərbaycanda qıtlıq təhlükəsi: Bahalaşma olacaq? - AÇIQLAMA

Ötən gün Goranboyda gecəyarası başlayan yağış səhər saatlarında güclü selə səbəb olub.
Təbiət hadisəsi zamanı rayon ərazisində əkin sahələri su altında qalıb, elektrik enerjisi verilişində fasilələr yaranıb. Təbiət hadisəsi zamanı rayonun Goran qəsəbəsi ərazisindən də güclü sel suları axıb. Əsasən əkin sahələrindən keçən lilli su orada heyvandarlıqla məşğul olan sakinlərin gediş-gəlişinə çətinlik yaradıb.
Güclü yağış nəticəsində yaranan sel Goranboy Balakürd kəndində daha böyük fəsadlara yol açıb. Bir neçə sakinin yonca, pambıq sahələri lil qatının altında qalıb. Hadisə zamanı Goran-Naftalan yolunun Balakürd kəndindən keçən hissəsində sel suları avtomobillərin hərəkətində çətinlik yaradıb. Adiyyəti qurumlar yolda təmizlik işləri aparıb.
Maraqlıdır, şiddətli yağışlar kənd təsərrüfatı məhsullarına necə təsir göstərəcək? Yağışlar məhsul qıtlığına, qiymət artımına səbəb ola bilərmi?
Mövzu ilə bağlı ekoloq Telman Zeynalov Cebhe.info-ya danışıb.
O bildirib ki, leysan yağışlar, daşqınlar əkin sahələrinə, məhsullara ziyan vurur:
"Əkin sahələrinin suyun altında qalması məhsulların qıtlaşmağına səbəb ola bilər. Ümumiyyətlə, leysan yağışlar, sellər, daşqınlar kənd təsərrüfatına həmişə ziyan vurur. Nəticədə də qiymətlər qalxmağa başlayır".
Ekoloq həmçinin qeyd edib ki, məhsulda qıtlaşma varsa, qiymətlər də qalxa bilər:
"Əgər belə problem varsa, məhsullara həddindən çox zərər dəyibsə, qiymətlər qalxa bilər. Lakin bəzi hallarda mağazalarda süni qiymət artımı görürəm. Bu zaman da məhsulun qiyməti çoxdur deyə alan yoxdur, xarab olur, satıcı da atır. Atmaqdansa, ucuz qiymətə vermək lazımdır ki, camaat alıb yeyə bilsin. Belə qiymət artımlarında bir qədər ehtiyatlı olmaq lazımdır, eyni zamanda həssas mövzudur. Mən neçə dəfə demişəm, bütün iclaslarda da deyirəm, belə halların qarşısını almaq üçün bunlara nəzarət üçün qeyri-hökümət təşkilatları, nəzarət qurumları olmalıdı. Düşünürəm ki, bunlar olsa, korrupsiyanın da qarşısını almaq olar".
Paylaş:
Müəllif : Yazar
Tarix:25-08-2020, 12:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-08-2020, 12:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:44
Dünən, 10:38
Dünən, 08:56
15-07-2025, 15:41
15-07-2025, 15:06
15-07-2025, 12:22
15-07-2025, 12:18
15-07-2025, 12:15
15-07-2025, 08:54

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin "Kale Seramik” mağazasının qarşısında... / VİDEO