Siyavuş Novruzovu istefa verməyə məcbur ediblər... - İDDİA

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı qalmaqal deputat Siyavuş Novruzovu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini vəzifəsindən istefa verməyə məcbur etdi. Həmin toyda iştirak edən və məsələ barədə açıqlamaları ilə qalmaqalın daha da böyüməsinə səbəb olan deputat bu barədə YAP-ın sədri Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
“Yeni Sabah” bildirir ki, Siyavuş Novruzovun bu qərarı könüllü verdiyi inandırıcı görünmür. O YAP yaranandan bu partiyadadır və son illər özünü təşkilatın əsas söz sahiblərindən biri kimi aparırdı. Bu baxımdan, düşünmək olar ki, Siyavuş Novruzovu istefa verməyə məcbur ediblər.
Görünür, YAP-ın rəhbərliyi Siyavuş Novruzovun qanunu pozmasını və “iştirak eləmişəm düz eləmişəm” açıqlamasından bərk hiddətlənib. Hətta deputatın “Ramiz Mehdiyev biz aldatdı” bəyanatı da onu xilas edə bilməyib. Güman ki, Siyavuş Novruzov partiyanın digər üst qurumlarından – İdarə Heyəti və Siyasi Şuradan da çıxarılacaq.
Ramiz Mehdiyevin nəvəsinin toyundan iştirak edənlərdən biri də Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru Abel Məhərrəmovdur. O, həm də YAP-ın İdarə Heyətinin üzvüdür. Ehtimal olunur ki, Abel Məhərrəmov da oxşar addım atmağa məcbur olacaq. Hər halda Siyavuş Novruzovu partiyanın yuxarı pilləsində görmək istəməyənlərin Abel Məhərrəmova da eyni münasibəti göstərəcəyini düşünmək olar.
Onu da nəzərə almaq lazımdır ki, Abel Məhərrəmovun toyda dediyi sağlıq sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Xüsusilə, keçmiş rektorun ölkədəki bütün uğurları Ramiz Mehdiyevin aktivinə yazması diqqətdən qaçmayıb. Abel Məhərrəmovun bu yanaşmasına siyasi rəng qatanlar bu fikirlərin onun üçün başağrısına çevriləcəyini düşünürlər.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-08-2020, 14:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-08-2020, 14:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:49
Dünən, 13:52
Dünən, 12:02
Dünən, 11:53
12-09-2025, 15:04
12-09-2025, 14:39
11-09-2025, 20:43

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB