Şirkət rəhbəri 50-yə yaxın şəxsi ABŞ-a aparacağını deyərək aldadıb - GİLEY
Karantin zamanı 50-yə yaxın şəxsi ABŞ-a aparacağı ilə aldadan şirkət rəhbəri haqda hüquq-mühafizə orqanlarına şikayət olunub.
“Qafqazinfo”ya müraciət edən vətəndaş Abbas Yaqubov bildirib ki, sosial şəbəkədə “Smart Business Group” adlı şirkətin fəaliyyəti ilə tanış olub: “Ofisləri Caspian Plaza”da 7-ci mərtəbə yerləşirdi. Şirkətin rəhbəri özünü bizə “Azər Əliyev” kimi təqdim etsə də, sonradan onun Xəlilov Anar Tapdıq oğlu olduğunu öyrəndik.
Martın əvvəli qeydiyyatdan keçdim. “Work and Travel” layihəsi ilə ABŞ-a gedib oteldə işləyəcəkdim. Buna görə ümumi 5 min manat ödəməli idi, mart ayında 1600, aprelin 18-də də əlavə 1600 manat ödədim. Karantin vaxtı hər yer, sərhədlər və uçuşlar bağlı olsa da, Anar Xəlilov deyirdi ki, ABŞ səfirliyi tezliklə uçuşların bərpa olunacağını deyib. Deyirdi, sərhədlər açılmasa da onun tanışları var, həll edəcək. Pulu verəndən sonra gördüm məsələ alınmır, müqaviləni ləğv edib pulumu geri istədim. Amma iki ay ərzində müxtəlif vədlər verib pulu qaytarmadı. İyulun sonunda bizə sosial şəbəkədə səsli mesaj göndərərək dedi ki, “mən xaricdəyəm, hara istəyirsiniz, şikayət edin”. Mən tək deyiləm, təhsil üçün getmək istəyənlər də var idi. Bəzi vətəndaşlardan 10 min manatdan çox pul alıb. Bizim hesabımıza görə, 100 min manatdan çox pul “atıb”.
A.Yaqubov qeyd edib ki, həmin şəxslə bağlı hüquq-mühafizə orqanlarına şikayət ediblər: “Biz bundan sonra 30-a yaxın zərərçəkmiş Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdik. Amma hələ də müraciətimizlə bağlı araşdırma aparılmır, heç bir iş görülmür. Polis İdarəsində bizə dedilər ki, həmin şəxslə bağlı 50-yə yaxın şikayət var”.

Paylaş:
Müəllif : Yazar
Tarix:17-08-2020, 17:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-08-2020, 17:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 20:49
Bu gün, 13:52
Bu gün, 12:02
Bu gün, 11:55
Bu gün, 11:53
Dünən, 15:04
Dünən, 14:39
11-09-2025, 20:43

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB