"İdeal"ın bank hesablarına həbs qoyuldu - FOTOFAKT
Azərbaycanın kosmetika ticarəti bazarının əsas oyunçularından olan «İdeal» mağazalar şəbəkəsinin bank hesablarına həbs qoyulub.
regionxeberlericom.az fed.az-a istinadən xəbər verir ki, hesablara həbs qoyulması «İdeal»ın keçmiş sahibi, iş adamı İlqar İsmayılovun məhkəmə iddiası nəticəsində baş verib. İ.İsmayılov bildirir ki, satış şəbəkəsi ondan «Premium bank» rəhbərliyi tərəfindən şantaj yolu ilə qanunsuz şəkildə alınıb.
İ.İsmayılov «İdeal» şirkətinin hüquqi varisı olan «Adore» MMC-ni bir neçə maddə ilə məhkəməyə verib və dividend tələbi iddiasına görə, «Adore» MMC nin bütün hesablarına həbs qoyulub. Xatırladaq ki, bir qədər əvvəl «Adore» MMC digər parfümeriya satışı şəbəkəsini «Sabina»nı da satın alıb.
«Adore» MMC-nin sahibləri də «Premium bank»ın sahibləridir.
İlqar İsmayılov sözügedən şirkətdən dividend kimi 2 milyon 94 min manat tələb edir. Xəzər Rayon Məhkəməsində hakim Emin Məmmədlinin sədrliyi ilə baxılan işdə, məhkəmə qərarı ilə «Adore Kompani» MMC-nin ümumilikdə 10 bankda olan 28 hesabına ümumilikdə həmin məbləğdə həbs qoyulub.
Həbs qoyulan hesabların 7-si «Premium bank»da (keçmiş «Bank Silk Vey»), 4-ü «Paşa Bank»da, 4-ü isə «Kapitalbank»dadır.

Paylaş:
Müəllif : Yazar
Tarix:23-07-2020, 10:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-07-2020, 10:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:49
Dünən, 13:52
Dünən, 12:02
Dünən, 11:53
12-09-2025, 15:04
12-09-2025, 14:39
11-09-2025, 20:43

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB