İcra başçısını vətəndaş maraqlandırmır... - "Bir həftə məmurlar bayram edir deyə, mən küçədə qalım?"
2020-ci il yanvarın 1-dən 2-nə keçən gecə Mingəçevirdə beşmərtəbəli yataqxananın beşinci mərtəbəsində yanğın olub. Kəlbəcərdən məcburi köçkün olan Gülxanım Kərimovanın məskunlaşdığı 12 kvadrat metrlik otaqdakı yanğın qısaqapanmadan başlayıb. Nəticədə otaqda nə varsa, yanıb kül olub. DİA.AZ-ın məlumatına görə, G.Kərimova deyir ki, üç gündür ki, qohum-qonşu evində qalır. Yanğın zamanı olan-qalan pulu da yandığına görə çarəsiz duruma düşüb, heç bir addım ata bilmir. Ona görə də yardım üçün səlahiyyətli şəxslərə üz tutub. Onun bildirdiyinə görə, həm Kəlbəcərin, həm də Mingəçevirin icra hakimiyyətlərinə müraciət edib.
G.Kərimovanın sözlərinə görə, icra hakimiyyətləri onun durumundan xəbərdar olsalar da, heç birindən gəlib maraqlanan olmayıb.
“İcra başçısının hətta birinci müavininə də zəng eləmişəm. Kəlbəcər Rayon İcra Hakimiyyətinin işçisi mənə deyir ki, “bayram qurtarsın, probleminizlə maraqlanarıq”. Çarəsiz vəziyyətdə olan vətəndaşa qarşı belə münasibət nə deməkdir? Belə çıxır ki, vətəndaş bu şaxtalı günlərdə çöldə yatsa da olar, təki məmurun istirahəti pozulmasın. Bircə Zar kənd icra nümayəndəsi maraqlanıb. Onun da kömək eləmək imkanı yoxdur”, - məcburi köçkün belə deyir.
G.Kərimova bildirir ki, ağır vəziyyətdə olduğuna görə prezidentə məktub yazıb, yardım istəyib.
“Cənab prezident, bir həftə məmurlar bayram edir deyə, mən küçədə qalım?”, - bu da məcburi köçkünün prezidentə məktubundandır.
Yanvarın 7-nə qədər Azərbaycanda qeyri-iş günü olduğundan G.Kərimovanın şikayətinə Kəlbəcər və Mingəçevir icra hakimiyyətlərindən münasibət öyrənmək mümkün olmayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-01-2020, 11:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-01-2020, 11:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 20:15
Dünən, 10:19
Dünən, 10:17
Dünən, 09:00
Dünən, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video