Göyçayda şəhidin adını daşiyan orta məktəbdə rəzalət (FOTOLAR )
RegionXəbərləricom.az-a Göyçay rayonu, Çərəkə kənd sakini Məmmədov Rəvan İdris oğlu tərəfindən daxil olan müraciətdə deyilir;
"Göyçay rayonunun Çərəkə kəndində yerləşən Şəhid Siyavuş Mirzəyev adına 1 saylı tam orta məktəbinin bərbad vəziyyətdə olması kənd ictimaiyyətində ciddi narahatlıq doğurur. Uzun illərdir bu təhsil ocağının əsaslı şəkildə təmir olunacağına dair vədlər verilsə də, hələ də real nəticə yoxdur.
Hazırda məktəbdə yalnız dam örtüyünün dəyişdirilməsi ilə məhdudlaşan kosmetik işlər aparılır. Halbuki məktəbin sinif otaqları, pəncərələri və ümumi infrastrukturu tamamilə yararsız vəziyyətdədir. Qış aylarında siniflərdə istilik sistemi olmadığından şagirdlər soyuqdan əziyyət çəkir, yaz və yay aylarında isə siçovul və kərtənkələ kimi zərərvericilərin məktəbdə rahat şəkildə dolaşması uşaqlar üçün təhlükəli və narahat mühit yaradır.
Daha acınacaqlı vəziyyət isə məktəbdə sanitar qovşağın tualetin ümumiyyətlə mövcud olmamasıdır. Şagirdlər məcbur qalıb təbii ehtiyaclarını həyətdə, kolluq sahələrdə ödəməli olurlar. Bu hal nə gigiyena, nə də insan ləyaqəti baxımından qəbulediləndir və uşaqların psixoloji və fiziki sağlamlığı üçün ciddi təhlükə yaradır.
Kənd sakinləri və valideynlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, məsələ hələ də öz həllini tapmayıb. Təhsil Nazirliyi və digər səlahiyyətli qurumlardan xahiş olunur ki, bu biabırçı vəziyyətə dərhal son verilsin və Çərəkə kənd məktəbinin əsaslı təmiri təmin olunsun. Şəhidin adını daşıyan bu məktəbin bu cür vəziyyətdə saxlanılması həm də şəhid ailələrinə və milli dəyərlərə hörmətsizlikdir".
Fuad Hüseynov
Paylaş:
Müəllif : Fuad
Tarix:20-07-2025, 23:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video