Bu ödənişlərdə ƏDV-nin yarısını geri ala biləcəksiniz

“Vergi Məcəlləsinə” edilən dəyişikliklərə əsasən, sabahdan mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır.
Bu barədə millət vəkili Vüqar Bayramov paylaşım edib.
Onun sözlərinə görə, yeni dəyişikliklərdə məqsəd daha çox sərmayələr cəlb etməklə bu sektorun inkişafını stimullaşdırmaqdır: “Eyni zamanda, bu mədəniyyət sektorunda bir sıra xidmətlərin xərclərinin azalmasına və eləcə də qiymətin aşağı düşməsinə səbəb ola bilər.
Artıq sabahdan teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizi (“ƏDV cashback”) geri qaytarılacaq. Yəni, mədəniyyət xidmətləri üzrə də keşbek təbiq olunacaq”.
V.Bayramov əlavə edib ki, digər dəyişiklik mədəniyyət sektorunda 5 il müddətinə torpaq vergisindən tam, mənfəət (gəlir) vergisindən 90 faiz azadolma verilməsidir: “Eyni zamanda, mənfəət (gəlir) vergisi üzrə güzəştin həcmi artırılaraq 75 faiz güzəşt 90 faizə qaldırıldı. Mövcud qanunveiriclik ilə güzəşt verilən subyektlərin sayı 1-dən 5-ə çatdırılıb. Güzəştdən istifadə edənlərin siyahısına teatr, muzey, simfonik orkestr və film prodüseri da əlavə edilib”.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-06-2025, 11:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II