Qanunsuzluqla üzləşən məcburi köçkün Prezidentdən kömək istəyir-ŞİKAYƏT

RegionXəbərləricom.az-ın elektron poçtuna Şəki rayon Çələbixan qəsəbəsi ev 42 ünvanında yaşayan Məmmədov Qaçay Mürşüd oğlu tərəfindən daxil olan şikayətdə deyilir;
"Mən dəfələrlə Sizə və yuxarı orqanlara, hətta Laçın rayon İcra Hakimiyyətinə şikayətlər etsəm də, heç bir şikayətimə baxılmır.
Biz ailədə 3 nəfərik, dolanışığımız ancaq dövlət verən 120 manat çörək pulundan ibarətdir. Çox acınacaqlı vəziyyətdə yaşayırıq. Yaşadığım Şəki rayonunun Yeni Çələbixan qəsəbəsində mədəniyyət evi var, ancaq ona mədəniyyət evi demək olmaz. Çünki bərbad vəziyyətdədir. Heç bir işçisi yoxdur. İşçilərin hərəsi bir şəhər – yarısı Bakıda, yarısı Mingəçevirdə olur. Evdə oturub kartlarını alıb, dövlətin pulunu yeyirlər. Bu isə açıq-aşkar özbaşınalıqdır.
Xahiş edirəm ki, icra nümayəndəsi və dövlət qurumları heç kimin xəbəri olmadan həmin klubda yoxlama aparsınlar. Qəsəbəmizdə mənim də hər hansı bir işlə təmin edilməyimə köməklik göstərəsiniz. Özüm qəsəbəmizdə iş istəsəm də, vermirlər.
Onu da bildirim ki, dəfələrlə Şəki rayon Məşğulluq İdarəsinə işlə bağlı müraciət etmişəm. Lakin hər dəfə yalan vədlər verirlər. Xahiş edirəm mənim hər hansı dövlət idarəsində daimi işlə təmin olunmağıma köməklik göstərəsiniz.
Cənab Prezident!
Sizdən artıq dərəcədə xahiş edirəm tez bir zamanda mənə köməklik göstərəsiniz və dövlətimizi və insanlarımızı aldadan məmurlar barəsində ciddi tədbir görəsiniz.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...
RegionXəbərləricom.az
Paylaş:
Müəllif : Fuad
Tarix:24-06-2024, 18:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video