Elza Seyidcahan Qırğızıstan Bəstəkarlar İttifaqına üzv seçildi
Qırğızıstan Bəstəkarlar İttifaqı idarə heyətinin iclasında Azərbaycanın Əməkdar artisti, bəstəkar-müğənni Elza Seyidcahan Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təqdimatı ilə qırğız musiqisinin inkişafındakı xidmətlərinə görə Qırğızıstan Bəstəkarlar İttifaqının üzvü seçilib.
Qırğızıstan Bəstəkarlar İttifaqının sədri Turdubek Çokiyev Elza Seyidcahanın həyatı və yaradıcılığı haqqında məlumat verib.
Turdubek Çokiyev Elza Seyidcahanın Qırğızıstanda keçirilən “İssık-Kul Musiqi Müsabiqəsi”nin qalibi olduğunu, TÜRKSOY-un xüsusi mükafatını qazandığını vurğulayıb. O deyib ki, Elza Seyidcahan Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun layihəsi ilə Leyla Əliyevanın sözlərinə yazılmış “İssık-Kul” mahnısını Sayman Aruzun tərcüməsində fars dilində ifa edib.
Bəstəkarlar İttifaqının sədri vurğulayıb ki, Elza Seyidcahan və Azərbaycandan gələn digər musiqiçilər bu il keçiriləcək "İssık-Kul- Türkün inci dünyası” festivalına qatılacaq. Festivalda Leyla Əliyevanın sözlərinə yazılmış “İssık-Kul” mahnısı müxtəlif dövlətlərin ifaçıları tərəfindən 12 dildə təqdim ediləcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-02-2022, 13:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II