“Kim dikbaşlıq edirsə, payını almalıdır” - Səməd Səmədov həmkarlarını qınadı

Son zamanlar şou-biznesin məşhur simaları sosial şəbəkədə izləyicilərini təhqir etməsi ilə tez-tez gündəmə gəlir. Sonuncu dəfə Əməkdar artist Könül Kərimova sosial şəbəkədə onun estetik əməliyyat etdirdiyini yazan izləyicisini təhqir etmişdi. Müğənni Nadir Qafarzadə, Təranə Qumral, aktrisa Pərvin Abıyeva da "İnstagram" səhifəsində insanları təhqir etməsi ilə gündəmə gələn məşhurlardandır.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Səməd Səmədov həmkarlarının bu addımının düzgün olmadığını bildirib:
“Bütün dünyada, istər Türkiyə, Rusiya yaxud Hollivud olsun bu belədir, hər zaman məşhur şəxsləri tənqid, təhqir edən insanlar olur. Biz görüb, götürmüşük. Kim təhqirə yol verirsə, əlbəttə, onu yerinə oturtmaq lazımdır. Lakin bunu təhqirlə, aqressiya ilə etmək olmaz. Mən Xalq artistiyəm, 21 il “Toylar Kralı” titulunu daşımışam, bir dəfə görmüsünüzmü ki, mən kiməsə qarşı aqressiv olam, yaxud təhqir edəm, xətrinə dəyəm. Nə qədər populyar olursan ol, başın həmişə aşağıda olmalıdır, özünü sadə aparmalısan. İnsan tanınmış aktyor, idmançı, yaxud müğənni ola bilər, çox məşhurlaşa bilər, amma mütləq sadə olmalıdır. Kim dikbaşlıq edirsə, özünü yuxarıdan aparırsa, mütləq payını almalıdır”.
Sənətçi pandemiya ərəfəsində toysuz qalmaqdan, sənət adamlarının maddi sıxıntılarından söz açıb:
“Vallah, vəziyyət həddindən artıq gərgindir. Mən və həyat yoldaşım təqaüd alırıq, onunla dolanırıq. Övladlarım hamısı Moskvadadırlar, pandemiya başladı, orada qaldılar. Əlbəttə ki, toylarla bağlı Operativ Qərargah nə məsləhət bilsə o olacaq. Amma mənim fikrimcə, Məhərrəm ayından sonra, aprel, mayda toylar başlamalıdır. Bir az da kəməri sıxaq, səbrli olaq, toylar başlayacaq. Toylar ənənəvi qaydada olacaq, ya yox bilmirəm. Düşünürəm ki, elə olmasına heç ehtiyac da yoxdur. Nəyə lazımdır 500-600 nəfərin yığılmağı? Qoy 60-80 nəfər olsun, amma icazə versinlər ki, valideynlər övladlarının toyunu, nişanını restoranlarda qonaqlarla, canlı musiqi ilə qeyd etsinlər. Müğənnilərə də icazə versinlər, qoy onlar da 5-10 manat qazansınlar, onların da evlərində qazan qaynasın”.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-02-2021, 18:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:16-02-2021, 18:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:15
5-09-2025, 15:06
5-09-2025, 10:19
5-09-2025, 10:17
5-09-2025, 10:15
5-09-2025, 09:00
5-09-2025, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video