Yeni nazir təhsil sistemini dirçəldə biləcəkmi? - Hələ ki ÜMİD VAR

Məlum olduğu kimi, bir müddət öncə Ceyhun Bayramov Təhsil naziri postundan azad edilərək Xarici İşlər Nazirliyinə rəhbər göndərildi. Təhsil naziri vəzifəsinə isə Prezidentin bugünkü Sərəncamı ilə Emin Əmrullayev təyin olundu.
“MediaPost” bu mövzuda təhsil ekspertlərinin fikirlərini öyrənib.
Təhsil eksperti Elşən Qafarov “MediaPost”a açıqlamasında bildirib ki, təhsil çox spesifik sahə olduğu üçün burada çalışanların təhsildən çıxması vacibdir:
“Son 10 ildə təhsillə bağlı olmayan insanların təhsili idarə etməsi çox da effekt vermir. İslahatlar nəticəsində təhsil cameəsində kifayət qədər yeni kadrlar üzə çıxıb. Fikrimcə, həmin kadrlar hökmən Təhsil Nazirliyinə işə cəlb olunmalıdır. Ümumilikdə götürdükdə, C.Bayramovun bu postdan getməsinin nazirliyə o qədər də təsir edəcəyini düşünmürəm.
Təhsil mütəxəssisləri olaraq təklif edirik ki, daha effektiv işləməsi üçün Təhsil Nazirliyində struktur dəyişikliyi lazımdır. Yəni Elm və Təhsil Nazirliyi yaradılmalı, o cümlədən AMEA, təhsil sferasında olan bütün müəssisələrin, elmi təşkilatların və məktəbəqədər təhsil müəssisələrinin idarəsi bu quruma həvalə edilməlidir”.
Digər ekspert Elşən Ramizoğlu “MediaPost”a bildirib ki, fikrincə isə sistemdə dəyişikliyin olması, hər zaman müsbət irəliləyişə gətirib çıxarır:
“Düşünmürəm ki, Təhsil Nazirliyinin vəziyyəti ilə bağlı hər hansı bir çətinlik olsun. Yeni kadrlar təhsilin inkişafına daha da müsbət təsir göstərəcək. Sistemdə dəyişikliklərin olmaması və yaxud vəzifəli şəxslərin uzun müddət qalması, o qədər də yaxşı nəticə vermir. Yeni kadrlar isə yeni layihələrlə işləməyə, etimadı doğrultmağa çalışacaqlar”.
Təhsil eksperti Kamran Əsədov da “MediaPost”a açıqlamasında bu gün Prezidentin Emin Əmirullayevi Təhsil Naziri təyin etməsini yüksək qiymətləndirib:
“Çünki o, peşəkar təhsil işçisidir, uzun müddət Təhsil Nazirliyi sistemində çalışıb. Olimpiadalarda şagirdlərin qazandıqları uğurlar birbaşa Emin Əmirullayevin adı ilə bağlıdır.
Azərbaycan təhsili 2014-cü ildən yeni bir yola qədəm qoydu. Bundan sonra da 2014-cü ildən təhsildə başlanmış islahatların, həyata keçrilən layihələrin nəticələnməsi üçün həmin komandanın qalması vacibdir”.
Ekspert nazirliyin yeni rəhbərindən gözləntilərindən də danışıb:
“Fikrimcə, şagirdlərin bütün siniflər üzrə ölkə ərazisində qəbulu və yerdəyişməsi, mərkəzləşdirilmiş qaydada həyata keçirilməlidir. Bağçalar da Təhsil Nazirliyinə birləşdirilməlidir. Ali məktəblər üçün islahatlar aparılmalıdır. İctimaiyyət nümayəndələri ilə görüşlər mütəmadi olaraq keçirilməlidir. Nazir, müavinləri və əməkdaşları məktəblərə mütəmadi olaraq gedib sinifdə real vəziyyəti görməlidirlər. Təhsil haqında qanun yenidən işlənib hazırlanmalıdır. Təhsilin idarə olunamasına yanaşma dəyişməli, məktəblərin özünü maliyələşdirməsinə, kadrların seçimində muxtariyyətin verilməsinə keçmək lazımdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-07-2020, 17:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-07-2020, 17:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:44
Bu gün, 10:38
Bu gün, 08:56
Dünən, 15:41
Dünən, 15:06
Dünən, 12:22
Dünən, 12:18
Dünən, 12:15

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II