reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Dollar 2 manat olacaq? - AÇIQLAMA

reklam

Dollar 2 manat olacaq? - AÇIQLAMA















Son günlər sosial şəbəkələrdə manatın devalvasiyası ilə bağlı söz söhbətlər gəzməkdədir. İddialara görə, 1 dolların 2 manata qədər güclənəcəyi bildirilir. Eyni zamanda devalvasiya fonunda əmək haqlarının 30%-ə qədər artacağı deyilir.

Bəs, manatın ucuzlaşması gözlənilirmi? DİA.AZ xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən iqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, manatın dollar qarşısında ucuzlaşması ilə bağlı verilən yanlış proqnozlar və gözlənilər bir ilə yaxındır səsləndirilir:

“Hesab edirəm ki, hazırda yayılan iddia da bu qəbildəndir. Manatın məzənnəsi bazar tərəfindən deyil, Mərkəzi Bank tərəfindən tənzimlənir. Artıq neçə ildir ki, bu 1,7 nisbətində qalmaqdadır. Bu məsələdə o zaman təhlükə yarana bilər ki, dolların qiyməti aşağı düşər, valyuta ehtiyatlarında azalmalar müşahidə edilər.

Bu zaman manata olan təzyiqlər milli valyutanın ucuzlaşması riski yaradar. Hal-hazırda Mərkəzi Bankın statistik məlumatlarına baxdıqda görə bilərik ki, dollara olan tələbat nəinki stabil qalıb, əvəzində azalmağa doğru gedir. Hətta insanlar dollarda saxladıqları ehtiyatlarını manata çevirirlər. Çünki inflayasiya, bahalaşma, əhalinin gəlirlərinin azalması “yastıqaltı” vəsaitlərin belə istifadəsinə zərurət yaradıb”.

Ekspert qeyd edib ki, dollara tələbatın azalması Mərkəzi Bankın məlumatlarında da öz əksini tapıb:

“Əvəzindəysə dövlətin valyuta ehtiyatı artıb, büdcədə nəzərdə tutulandan yuxarı səviyyədə neft və qaz satışı icra olunur. Məsələyə bu baxımdan yanaşdıqda manata təzyiqin olmadığını görürük. Belə olan halda manatın devalvasiyasına getməyə ehtiyac yoxdur. Bütün sadalananlar obyektiv olaraq, mövcud situasiyaya əsaslanır. Dolların digər valyutalara qarşısında bahalaşmasına baxanda görürük ki, həmin valyutaların tənizmlənməsində əsas rolu bazar oynayır. Uçot dərəcəsinin qaldırılması, Rusiya-Ukrayna müharibəsi fonunda avroya etimadın nisbətən azalması, Avrozonada böhranlı situasiya avroya, o cümlədən digər valyutalara təsir göstərir”.

Eldəniz Əmirov əlavə edib ki, qeyd olunanlar heç də devalvasiyanın olmayacağına yüz faiz zəmanət vermir:

“Ola bilər ki, hansısa formada qərar qəbul olunsun. Risklər hər zaman var, amma mənim zənnimcə, devalvasiyaya gedilməyəcək. Ehtimal edirəm ki, bu ilin sonuna qədər manat ucuzlaşmayacaq.

Onu da qeyd edim ki, devalvasiya olacağı təqdirdə müəyyən istiqamətdə ölkə üçün dividendlər olsa da,yaranmış problemləri, iqtisadiyyata dəyən ziyanı aradan qaldırmaq üçün qat-qat artıq vəsait sərf etməliyik. Devalvasiya hal-hazırda ölkə iqtisadiyyatına ciddi mənfi təsir göstərmiş olar. Buna görə də, hökumətin devalvasiyaya gedəcəyini düşünmürəm”.




Paylaş:


Müəllif : Tarix:
16-07-2022, 12:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər