“Xalq Kapital” çökür? - Dövriyyədə 100 FAİZLİK AZALMA
2025-ci ilin ilk altı ayı “Xalq Kapital İnvestisiya Şirkəti” QSC üçün kəskin azalmanın müşahidə olunduğu dövr olub. Bakı Fond Birjasında aparılan əməliyyatlar ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, bütün sahələr üzrə ciddi geriləmə göstərib.
Ən ciddi eniş Mərkəzi Bankın qiymətli kağızları bazarında qeydə alınıb. Ötən ilin ilk yarısında şirkət bu bazarda 178,5 milyon manatlıq əməliyyat həyata keçirmişdi. Lakin cari ildə bu göstərici cəmi 7,9 milyon manat təşkil edib. Bu, 170,5 milyon manatlıq fərq və təxminən 96% azalma deməkdir.
Dövlət istiqrazları üzrə isə şirkət ümumiyyətlə heç bir əməliyyat aparmayıb. Əgər 2024-cü ildə 19,5 milyon manatlıq dövlət istiqrazı alqı-satqısı baş tutmuşdusa, 2025-ci ilin yanvar–iyun aylarında bu göstərici 0 manat olub. Beləliklə, burada 100%-lik azalma müşahidə edilib. pizza sifarişi
Korporativ istiqrazlar sahəsində də eniş davam edib. 2024-cü ildə bu bazarda 4,4 milyon manatlıq əməliyyat aparan “Xalq Kapital”, 2025-ci ildə bu göstəricini 1,1 milyon manata qədər azaldıb. 3,3 milyon manatlıq azalma ilə nəticələnən bu geriləmə təxminən 75% azalma deməkdir.
Səhm bazarında isə ümumiyyətlə fəaliyyət dayandırılıb. 2024-cü ildə 272 manatlıq əməliyyat aparılmışdısa da, 2025-ci ilin ilk yarısında bu məbləğ 0-a enib, yəni tam azalma baş verib.
Ümumilikdə, "Xalq Kapital"ın bütün bazarlarda iştirakı nəzərəçarpacaq dərəcədə zəifləyib və 2025-ci ilin ilk altı ayı şirkət üçün aşağı dinamika ilə yadda qalıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-07-2025, 09:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II