reklam
Regionxeberlericom.az » İdman » Nicat Abasov daha bir hindistanlı rəqibinə məğlub olub

reklam

Nicat Abasov daha bir hindistanlı rəqibinə məğlub olub


Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünə çıxıb.

Məlumata görə, 28 yaşlı qrossmeyster 6-cı turda Rameşbabu Praqnanandha (Hindistan) ilə qarşılaşıb. Qara fiqurlarla oynayan millimizin üzvü rəqibinə məğlub olub - 0:1.

Xatırladaq ki, Nicat Abasov ötən gün daha bir Hindistan təmsilçisi Dommaracu Qukeşə məğlub olmuşdu.

Digər görüşlər belə nəticələnib:

Dommaracu Qukeş (Hindistan) - Hikaru Nakamura (ABŞ) 0,5:0,5

Santoş Vidit (Hindistan) - Əlireza Firuzca (Fransa) 1:0

Yan Nepomnyaşşi (FIDE) - Fabiano Karuana (ABŞ) 0,5:0,5

Altı turdan sonra hesabında 1,5 xal olan Nicat Abasov eyni nəticəyə imza atan Əlireza Firuzca ilə 7-8-ci yerləri bölüşdürür. Turnir cədvəlinə hərəyə 4 xal toplayan Dommaracu Qukeş və Yan Nepomnyaşşi başçılıq edirlər.

İddiaçılar Turniri aprelin 22-də başa çatacaq. Səkkiz şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrosmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) şahmat tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Qeyd edək ki, turnirin mükafat fondu 500 min avrodur. Qalib 48 min avro qazanacaq.




Paylaş:


Müəllif : Tarix:
11-04-2024, 11:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər