reklam
Regionxeberlericom.az » İdman » Əfsanəvi məşqçi Azərbaycan klubunda

reklam

Əfsanəvi məşqçi Azərbaycan klubunda


Tanınmış basketbol mütəxəssisi, olimpiya və Avropa çempionu Rimas Kurtinaytis “Sabah” basketbol klubunun baş məşqçisi təyin olunub.


63 yaşlı litvalı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb. Avropa basketbol tarixinin ən yaxşı “shooter”lərindən hesab olunan Rimas Kurtinaytis oyunçu kimi “Jalgiris” (Litva), ÇSKA (Rusiya), “Real Madrid” (İspaniya) klublarının şərəfini qoruyub.


Rimas Kurtinaytis 3 dəfə Avropa Kubokunu qazanan yeganə məşqçi kimi adını tarixə yazdırıb. 2008/2009 mövsümündə “Letuvos Ritas” (Litva), 2011/2012 və 2014/2015 mövsümlərində isə “Ximki” (Rusiya) klubu ilə Avropa Kubokunun qalibi olub. Rimas Kurtinaytis 2010/2011 mövsümündə “Ximki” klubu ilə VTB Liqasının çempionu olub. Kurtinaytisin məşqçi kimi hesabında VTB Liqasında 100-dən çox qələbə var.


Litvalı basketbol mütəxəssisi 2002-2006-cı illər aralığında Bakının “Qala” klubunun baş məşqçisi olub.




Paylaş:


Müəllif : Tarix:
30-01-2024, 16:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər