reklam
Regionxeberlericom.az » İdman » “Beşiktaş”ın yeni baş məşqçisi o ola bilər

reklam

“Beşiktaş”ın yeni baş məşqçisi o ola bilər
















İstanbulun “Beşiktaş” klubu yeni baş məşqçi axtarışına davam edir.

Komandanı Niderland millisinin və “Barselona”nın sabiq futbolçusu Covanni van Bronxorst çalışdıra bilər. Bu barədə tanınmış insayder Nikola Skira məlumat yayıb.

O, “Beşiktaş” rəhbərliyinin son iş yeri “Reyncers” olan mütəxəssislə danışıq apardığını bildirib.

Qeyd edək ki, 48 yaşlı van Bronxorst 2021-ci ilin noyabrından 2022-ci ilin noyabrına kimi “Reyncers”in baş məşqçisi olub. O, daha əvvəl “Feyenoord” və Çinin “Quançjo” klublarını çalışdırıb.

“Beşiktaş” isə bu mövsümə Şenol Günəşin rəhbərliyi ilə başlayıb. Onun istefasından sonra komandaya rəhbərlik edən Burak Yılmaz və Rza Çalımbay isə qısa müddət sonra vəzifədən ayrılıblar.





Paylaş:


Müəllif : Tarix:
3-01-2024, 11:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər