Azərbaycan ağırlıqqaldıranı dünya birinciliyində qızıl medal qazanmaqla tarixə düşüb

ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağırlıqqaldıranlar arasında 8-ci dünya birinciliyi başa çatıb.
regionxeberlericom.az "Report"-a istinadən xəbər verir ki, 50 ölkədən 200-dən çox atletin mübarizə apardığı mundialda Azərbaycan milli komandasının üzvləri də iştirak ediblər.
Yarışın son günündə körpücük üzərinə yeniyetmələr arasında Avropa birinciliyinin mükafatçısı Rəhman Kazımov (102 + kq) çıxıb.
Atlet təkanla qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib və 174 kq nəticə göstərib. Yekunda o, bu hərəkətdə bütün rəqiblərini üstələyərək dünya birinciliyinin qızıl medalına sahib çıxıb. Birdən qaldırma hərəkətində 131 kq nəticə göstərən idmançı toplam 305 kq-la 4-cü olub.
Azərbaycanın yeniyetmə ağırlıqqaldıranlarından bu vaxta qədər heç kim dünya birinciliyində nə ayrı hərəkətdə, nə də toplamda qızıl medal qazanmayıb. Bu baxımdan Kazımovun medalı tarixə düşüb.
Qeyd edək ki, yarışda Azərbaycan millisinin 5 üzvü mübarizə aparıb. 55 kq-da Ömər Cavadov, 67 kq-da Rüstəm Qasımov birdən qaldırma hərəkətində bürünc medal əldə ediblər. 102 kq çəki dərəcəsində Əli Şükürlü həm birdən, həm təkanla qaldırmada, həm də toplamda bürünc medala sahib olub. Yığma oğlanlar arasında komanda hesabında 5-ci yeri tutub. İndiyə qədər bu nəticəyə heç bir Azərbaycan komandası nail ola bilməyib.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-03-2019, 10:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-03-2019, 10:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:44
Dünən, 10:38
Dünən, 08:56
15-07-2025, 15:41
15-07-2025, 15:06
15-07-2025, 12:22
15-07-2025, 12:18
15-07-2025, 12:15
15-07-2025, 08:54

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin "Kale Seramik” mağazasının qarşısında... / VİDEO