“Qarabağ”ın futbolçusu Fransa klubuna transfer olunur - Milyonluq anlaşma

“Qarabağ”ın hücumçusu İbrahima Vadji karyerasını Fransada davam etdirə bilər.
O, bu ölkənin “Sent Etyen” komandasına transfer olunur.
Bu barədə məşhur “L Equipe” nəşri məlumat yayıb. Xəbərdə bildirilir ki, seneqallı hücumçu növbəti həftənin əvvəllərində yeni klubu ilə rəsmi müqavilə bağlayacaq. 27 yaşlı forvarddan ötrü Azərbaycan təmsilçisinə 1 milyon avrodan çox vəsait ödəniləcək. Ağdam təmsilçisinin əlavə bonuslarla daha çox qazanc əldə etməsi də nəzərdə tutulub.
Vadji “Sent Etyen”in idman direktoru Loik Perren və klubun baş menecerinin müavini Samuel Rustemin diqqətini ötən mövsüm Avropa Konfrans Liqasının qarşılaşmalarında cəlb edib. Nəşrin yazdığına görə, onlar 3 həftədən çoxdur bu futbolçunun transferi üzərində çalışırlar.
Qeyd edək ki, seneqallı forvard 2021-ci ilin yayından “Qarabağ”da çıxış edir. O, Ağdam klubunda 36 oyuna 26 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu ötən gün Premyer Liqanın 4-cü turu çərçivəsində baş tutan “Şamaxı” ilə oyunda (4:0) ehtiyatda qalıb.
Ötən mövsümün sonunda Liqa 1-i tərk edən “Sent Etyen” hazırda Liqa 2-də mübarizə aparır.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-08-2022, 11:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II