“Formula-1” üzrə Azərbaycan Qran-prisi start götürür

Bu gün “Formula-1” və “Formula-2” üzrə Azərbaycan Qran-prisinə start veriləcək.
“Formula-1” yarışı Bakıdakı 6-cı Qran-pri kimi tarixə düşəcək.
Azarkeşlər 3 illik fasilədən sonra Qran-prini tribunalardan izləyə biləcəklər. İlk yarış günündə “Formula-1”də iki sərbəst yürüş, “Formula-2”də isə sərbəst yürüş və sıralama turu gerçəkləşəcək.
Bakı halqasında fan-zonanın qapıları saat 10:00-da açılacaq. İlk olaraq trekə “Formula-2” pilotları çıxacaq. 11 komandanın 22 sürücüsü sərbəst yürüşə qatılacaq.
Ardınca əsas yarış hesab olun “Formula-1”də birinci sərbəst yürüş başlayacaq. Günə ikinci dərəcəli turnirin sıralama turu və nəhayət “Formula-1”in ikinci sərbəst yürüşü ilə yekun vurulacaq.
“Formula-1”də “Red Bull” komandasında çıxış edən hazırkı dünya çempionu Maks Ferstappen 125 xalla liderdir. “Ferrari”dən Şarl Lekler 116 xalla ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres 110 xalla üçüncü pillədə qərarlaşıb.
“Formula-2”də isə müvafiq sıraları “MP Motorsport”dan Felipe Druqoviç, “ART Grand Prix”dən Teo Purşer və “Prema Racing”dən Jehan Daruvala tutur.
Azərbaycan Qran-prisi
10 iyun
10:00. Azarkeş zonasının qapıları açılır
“Formula-2”
12:35 - 13:20. Sərbəst yürüş
“Formula-1”
15:00 - 16:00. I sərbəst yürüş
“Formula-2”
16:30 - 17:00. Sıralama turu
“Formula-1”
18:00 - 19:00. İkinci sərbəst yürüş
21:00. Azarkeş zonasının qapıları bağlanır.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq. Bakıdakı əvvəlki yarışlarda “Mercedes”in sabiq pilotu, artıq karyerasını başa vurmuş Niko Rosberq, “Red Bull”un keçmiş pilotu, hazırda “McLaren”da çıxış edən Daniel Rikkardo (2017), “Mercedes”dən Lüis Hemilton (2018), onun komanda yoldaşı Valtteri Bottas (2019) və “Red Bull”da çıxış edən Serxio Peres (2021) qalib olub. 2020-ci ildəki Azərbaycan Qran-prisi koronavirus pandemiyasına görə ləğv edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-06-2022, 09:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II