reklam
Regionxeberlericom.az » İdman » Azərbaycan gimnastı Dünya Kubokunda bürünc medal qazandı

reklam

Azərbaycan gimnastı Dünya Kubokunda bürünc medal qazandı


Azərbaycanın idman gimnastı Nikita Simonov və İvan Tixonov Bakıda keçirilən Dünya Kubokunda final çıxışlarını yerinə yetiriblər.


Məlumata görə, İvan Tixonov Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı paralel qollarda öz məharətini sərgiləyib.


Hakimlərdən 13.833 xal alan idmançı yekunda 7-ci yeri tutub. Qeyd edək ki, Tixonov təsnifat mərhələsində 13.933 xal toplamışdı.


Azərbaycanın digər idman gimnastı Nikita Simonov isə bürünc medal qazanıb. Halqa ilə hərəkətlərdə 14.500 xal toplayan idmançı fəxri kürsünün 3-cü pilləsinə qalxıb.


İtaliyalı Mareska Salvatore 1-ci, türkiyəli İbrahim Çolak isə 2-ci yeri tutub.





Paylaş:


Müəllif : Tarix:
2-04-2022, 14:29
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər