reklam
Regionxeberlericom.az » İdman » "Neftçi"nin baş məşqçisi cəzalandırıldı - SƏBƏB

reklam

"Neftçi"nin baş məşqçisi cəzalandırıldı - SƏBƏB

















AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında “Neftçi”nin baş məşqçisi Samir Abasov cəzalandırılıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb çalışdırıcının Azərbaycan Premyer Liqasının IX turunda “Qarabağ”la oyunda azarkeşləri təhqir etməsidir.

Komitə bu davranışına görə, Abasovu 3 oyun şərti olmaqla 5 matçlıq diskvalifikasiya edib. Həmçinin klub 4000 manat cəriməyə məruz qalıb. Baş məşqçiyə 3 aylıq sınaq müddəti verilib.

Paytaxt təmsilçisi eyni zamanda 5 futbolçusu sarı vərəqə aldığı üçün 800 manat cərimə edilib.

“Qarabağ”ın isə azarkeşləri pirotexniki məmulatlardan istifadə etdiyi üçün 800 manat cərimə ödəməli olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu birincilərin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.




Paylaş:


Müəllif : Tarix:
5-11-2021, 17:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər