reklam
Regionxeberlericom.az » İdman » AVRO-2020-nin ikinci finalçısı müəyyənləşir - YENİLƏNİR

reklam

AVRO-2020-nin ikinci finalçısı müəyyənləşir - YENİLƏNİR



İngiltərə – Danimarka matçı başlandı.

22:12

Bu gün AVRO-2020-nin ikinci finalçısının adına aydınlıq gələcək.

Meydan sahibi olan İngiltərə heç vaxt qalib ola bilmədiyi Avropa çempionatının finalına çıxmaq üçün 1992-ci ilin qitə çempionları Danimarka ilə qarşılaşır.

Komandaların start heyətləri belədir:

İngiltərə (4-2-3-1): Pikford, Şou, Maquayr, Stounz, Uolker, Rays, Filips, Sterlinq, Maunt, Saka, Keyn (kapitan)

Danimarka (3-4-3): Şmeyxel, Vesterqor, Kyer (kapitan), Kristensen, Mehle, Dileni, Höybyerq, Striqer, Damsqor, Breytveyt, Dolberq

Qeyd edək ki, qalib komanda iyulun 11-də Londonda İtaliya millisi ilə final görüşünə çıxacaq. Uduzan tərəf isə İspaniya yığması kimi avtomatik bürünc medallara yiyələnəcək.

09:28

Bu gün AVRO-2020-də turnirdə ikinci finalçının adı məlum olacaq.

İkinci yarımfinal görüşündə İngiltərə və Danimarka kollektivi üz-üzə gələcək.

Komandalar indiyədək 14 dəfə qarşılaşıb. İngiltərə bu oyundan 7-də, Danimarka 4-də qələbə qazanıb. 3 oyun isə heç-heçə başa çatıb.

Sonuncu dəfə komandalar Millətlər Liqasında üz-üzə gəlib. Bu oyunda Danimarka minimal hesablı qələbəyə sevinib. Həmin qarşılaşmada yeganə qolu AVRO-2020-nin qrup mərhələsinin ilk oyununda Finlandiyaya qarşı oyunda ciddi zədə almış Kristian Eriksen vurub.

AVRO-2020-nin 1/4 final qarşılaşmasında İngiltərə Ukrayna üzərində inamlı qələbə qazanıb – 4:0. Danimarka isə Çexiyadan üstün olub – 2:1.

AVRO-2020

1/2 final

23:00 İngiltərə - Danimarka
Baş hakim: Dani Makkeli (Niderland)
London. “Uembli” stadionu


Paylaş:


Müəllif : Tarix:
7-07-2021, 23:26
Sikayət   


loading...
Загрузка...