Azarkeş futbolçu oynasın deyə kluba pul ödədi, əvəzində həmin oyunçu qovuldu

Braziliyanın “İnternasional” klubunun oyunçusu Rodiney azarkeşlərdən birinin 153 min avroluq ödənişi sayəsində onu icərəyə vermiş “Flamenqo”ya qarşı görüşdə meydana çıxıb.
Bu barədə “Goal” portalı məlumat yayıb.
Məlumata görə, 2020-ci ilin yanvarında “İnternasional” braziliyalı futbolçunu məhz “Flamenqo” klubundan icarəyə götürüb. Müqaviləyə əsasən Rodiney öz keçmiş klubuna qarşı oyunda iştirak edəcəyi təqdirdə qarşı tərəf “Flamenqo”ya 153 min avro əlavə pul ödəməlidir. “İnternasional” bu məbləği ödəməkdən imtina edərək, futbolçunun matçda meydana çıxmayacağını bildirib. Lakin bu zaman klubun azarkeşlərindən biri işə qarışaraq lazımi məbləği ödəyib və Rodineyin öz keçmiş klubuna qarşı oyunda iştirakını təmin edib.
Qeyd edək ki, hazırda Braziliya çempionatında liderlik yarışı məhz bu iki klub arasında gedir. Bazar günü oynanılan qarşılaşmada “Flamenqo” 2:1 hesabı ilə üstün olub. Rodiney 49-cu dəqiqədə birbaşa qırmızı vərəqə alıb və komandasının turnir cədvəlində liderliyini itirməsində pay sahibi olub.
Hazırda ölkə çempionatına 71 xalla “Flamenqo” başçılıq edir. 69 xalı olan “İnternasional” isə ikinci pillədədir.
Rodineyə gəlincə, 29 yaşlı müdafiəçi “Flamenqo”nun heyətində 2018/2019-cu illər mövsümünün Libertadores kubokunun qalibi olub. “İnternasional”ın tərkibində icarədə keçirdiyi cari mövsümdə o, 25 oyunda iştirak edib, bir qol və iki məhsuldar ötürmə edib, həmçinin beş sarı və bir qırmızı vərəqə alıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-02-2021, 09:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-02-2021, 09:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:44
Bu gün, 10:38
Bu gün, 08:56
Dünən, 15:41
Dünən, 15:06
Dünən, 12:22
Dünən, 12:18
Dünən, 12:15

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II