İtaliyalı mütəxəssis Azərbaycan millisinin baş məşqçisi təyin olunub - RƏSMİ

İtaliyalı Covanni Kaprara voleybol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub.
“Report” Avropa Voleybol Konfederasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssisin adı Qızıl Avropa Liqası sifariş vərəqəsinə daxil edilib. O, bu postda səhhəti ilə əlaqədar istefa verən Faiq Qarayevi əvəzləyib.
Kapraraya həmyerlisi Marsello Çervellin, eləcə də Famil Ağayevlə Emin Abilov kömək edəcəklər. Onun yığmanın baş məşqçisi təyin olunacağı xəbərini dünən İtaliya mətbuatı yazmışdı.
Qeyd edək ki, Azərbaycan millisi mayın sonlarında Qızıl Avropa Liqasında mübarizəyə başlayacaq. Komanda ilk oyununu mayın 26-da səfərdə Belarusa qarşı keçirəcək. Növbəti görüş isə 3 gün sonra Bakıda İspaniyaya qarşı olacaq. Kollektiv iyunun 2-də evdə Finlandiya, iyunun 8-də Belarus, iyunun 12-də səfərdə İspaniya, iyunun 15-də isə Finlandiya ilə qarşılaşacaq. Yığma 23 avqust – 8 sentyabrda Türkiyənin İstanbul şəhərindəki Avropa çempionatında Macarıstan, Hollandiya, Xorvatiya, Rumıniya və Estoniya ilə eyni qrupda yer alıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-05-2019, 10:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-05-2019, 10:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:44
Dünən, 10:38
Dünən, 08:56
15-07-2025, 15:41
15-07-2025, 15:06
15-07-2025, 12:22
15-07-2025, 12:18
15-07-2025, 12:15
15-07-2025, 08:54

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin "Kale Seramik” mağazasının qarşısında... / VİDEO