reklam
Regionxeberlericom.az » İdman » Ronaldodan min faizli cavab

reklam

Ronaldodan min faizli cavab


“Bu klubumdakı ilk mövsümüm üçün yaxşı nəticələr əldə etdik. Bura uyğunlaşdım. A seriyasını və İtaliya superkubokunu qazandıq. Bunlar asan deyil. Uğurlu bir oldu. Xoşbəxtik”.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Yuventus”un futbolçusu Kriştiano Ronaldo İtaliya çempionu olmaqlarını şərh edərkən deyib.

O, Çempionlar Liqasında mübarizəni dayandırdıqları üçün əsəbiləşib-əsəbiləşmədiyi ilə bağlı sualı belə cavablandırıb: “Hər zaman qalib gəlmək mümkün deyil. Biz bacardığımızı etdik. Ancaq kuboku bir komanda udacaq. Mən komandama kömək etmək üçün əlimdən gələni etdim. Növbəti mövsüm bu kuboku qazanmağa çalışacağıq. İnanırıq ki, qarşıdakı il daha yaxşı keçəcək”.

K.Ronaldo Turin klubundan ayrılacağı ilə bağlı yayılan iddialara da münasibət bildirib: “Min faiz “Yuventus”da qalacam”.

Qeyd edək ki, Ronaldo İngiltərə, İspaniya və İtaliyada ölkə çempionu olan ilk futbolçu olub.


Paylaş:


Müəllif : Tarix:
21-04-2019, 14:21
Sikayət   


loading...
Загрузка...