Dələduzluq edən Abşeron sakini saxlanılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşları dələduzluq yolu ilə aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən Abşeron rayon sakini Zeynalabidin Məlikzadə saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
İlkin dindirmə zamanı saxlanılan şəxs vətəndaşlara qarşı dələduzluq etdiyini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, o, avtomobil elanları saytlarında müxtəlif markalı avtomobillərin şəkillərini və məlumatlarını özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, həmin avtomobillərin dəyərindən ucuz qiymətə satılması barədə elanlar yerləşdirib. Daha sonra isə ona zəng edən şəxslərlə satış qiyməti barədə razılığa gəldikdən sonra avtomobili almaq üçün beh göndərmələrini tələb edərək, zərərçəkmişlərə özünə məxsus bank hesab nömrəsini tədqim edib. Beh aldıqdan sonra Z.Məlikzadə zərərçəkmişlərin telefon zənglərinə cavab verməyərək onlarla əlaqəni kəsib və həmin şəxslərin pullarını dələduzluq yolu ilə mənimsəyib.
Ümumilikdə 10-dan çox vətəndaşı eyni üsulla aldadaraq zərərçəkənlərin 20 000 manata yaxın pulunu ələ keçirən şəxs sonuncu dəfə törətdiyi əmələ görə Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı Z.Məlikzadə barəsində Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Polis əməkdaşları onun digər analoji cinayətlərdə iştirakını da istisna etmirlər. Əgər bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Hacıqabul RPŞ-yə məlumat vermələri xahiş olunur.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-10-2023, 13:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video