İmişlidə yaşayış binasında partlayış: Xəsarət alan var – Video
Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti İmişli Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin operativ qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 40m² olan ikiotaqlı mənzilin mətbəxində, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi və mənzildə bir nəfərin xəsarətlərlə köməksiz vəziyyətdə qaldığı müəyyən olunub:
“Yanğınsöndürənlər tərəfindən xüsusi vasitələrin köməyi ilə partlayış baş verən mənzilin giriş qapısı operativ qaydada açılaraq xəsarətlər almış 1993-cü il təvəllüdlü Musayev İlyas Azay oğlu xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə nəticəsində partlayış dalğasının təsirindən mətbəxin qapı və pəncərə çərçivəsi yerindən çıxıb, mənzilə ziyan dəyib.
Əməliyyat şəraitinə uyğun olaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-07-2023, 11:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II