reklam
Regionxeberlericom.az » Hadisə » Mingəçevirdə 4 övladını quru çörəklə saxlayan ata həbs olundu: qızına əzab verirmiş - Dəhşətli FAKTLAR

reklam

Mingəçevirdə 4 övladını quru çörəklə saxlayan ata həbs olundu: qızına əzab verirmiş - Dəhşətli FAKTLAR


Mingəçevirdə yaşanan dəhşətli insan faciəsi üzrə məhkəmə baxışı yekunlaşıb.

Mingəçevir Şəhər Məhkəməsində hakim önünə çıxarılan 45 yaşlı Elman Bədəlov 3 il 2 ay müddətində azadlıqdan məhrum edilib.

İttihama görə Elman Bədəlov əqli geriliyi olan qızına əzab verməklə onu zirzəmidə və həyətdəki boruya bağlı vəziyyətdə saxlayıb.

Regionxeberlericom.az bildirir ki, Musavat.com-un xəbərinə görə, bundan başqa Elman Bədəlov orta dərəcəli əqli gerilik, davranış pozğunluğu və aclıq xəstəliyi - “kaxeksiya” diaqnozu qoyulmuş qızı Nuranə Bədəlovaya tibbi kömək göstərilməsi və lazımi şəraitdə saxlanılması üçün ixtisaslaşdırılmış tibb müəssisələrinə müraciət etməyib. O, qızının keçirdiyi psixoloji xəstəlik səbəbindən 2022-ci ildən etibarən digər ailə üzvlərinin də ona qulluq göstərilməsinin qarşısını alaraq, keçirdiyi psixoloji xəstəliyinə görə qızını günahlandırıb. Xəstə övladını mütəmadi olaraq döyərək ona xəsarətlər yetirib, evin zirzəməsində, qaranlıq yerdə aclığa, qeyri-insani rəftara məruz qoyub, həyətdəki dirəyə bağlamaqla saxlayıb.

Törətdiyi əmələ görə Elman Bədəlova qarşı Cinayət Məcəlləsinin əzab vermə və qanunsuz olaraq azadlıqdan məhrum etmə maddələri ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən Elman Bədəlov ifadəsində qızının keçirdiyi psixoloji xəstəlikdən sonra evdəki əşyalara tez-tez ziyan vurduğunu, həyətdən çıxıb qaçdığını deyib. O, məcbur qalıb qızını qapalı zirzəmidə saxladığını bildirib: “Tez-tez evdən qaçır, səs-küy salırdı. Bir neçə dəfə evdən qaçmışdı, polislərin köməkliyi ilə tapmışdıq. Xəstəliyi ilə əlaqədar davranış pozğunluğu get-gedə artmışdı, qulluq göstərilməsi çətinlik yaradırdı. Buna görə də qurşaq nahiyyəsindən həyətdəki dirəyə kəndirlə bağlamışdım. Polis əməkdaşları gələndə qızımın dirəyə bağlandığını gördülər. Onu dirəyə bağlamaqda məqsədim evdən qaçmasının qarşısını almaq olub”.

4 övlad atası olan Elman Bədəlov ifadəsinin davamında ailəsinin maddi vəziyyətinin ağır olduğunu, yaşadıqları evə quru çörəkdən başqa ərzaq ala bilmədiyini deyib: ”Quru çörəklə təkcə qızım deyil, biz də qidalanmışıq. Himayəmdə azyaşlı uşaqlarım var. Hazırda ailədə məndən başqa işləyib gəlir gətirən yoxdur. Bunları nəzərə alıb, barəmdə yüngül cəza verilməsini xahiş edirəm”.

Məhkəmənin hökmü ilə Elman Bədəlov 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsindəki ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

Həkimlərin rəyinə görə uzun müddət normal qidalanmamaq aclığa və “kaxeksiya"ya səbəb olur. "Kaxeksiya" orqanizmin həddindən artıq zəifləməsi, fizioloji və psixoloji vəziyyətin patoloji hala düşməsidir.

“Kaxeksiya” bədən çəkisinin yarıdan çoxunun itirilməsidir. Bu, orqanizmin bütün yumşaq toxumalarında baş verir. Yəni “kaxeksiya” zamanı qaraciyər, böyrəklər, bağırsaqlar, ürək əzələsinin də çəkisi azalır. “Kaxeksiya”nLn ilkin əlamətləri piy toxumasının atrofilaşmasında göstərir. Belə ki, ilk növbədə piy toxuması azalmağa başlayır, dəri öz elastikliyini və yumşaqlığını itirir, solğun və quru olur. Bu zaman saçlar da quru olur, öz çəkisini itirir və tökülməyə başlayır. “Kaxeksiya” artdıqca orqanizmin bütün sistemlərində patoloji dəyişikliklər meydana çıxmağa başlayır, halsızlıq meydana çıxmağa başlayır. Bu zaman stomatit və digər infeksion xəstəliklər meydana çıxmağa başlayır. Bir sözlə avitaminoz və anemiya başlayır. Belə vəziyyətlərdə qadınlarda aybaşı kəsilir.

Tam aclıq və “kaxeksiya 8-12 həftə ərzində ölümə səbəb olur.





Paylaş:


Müəllif : Tarix:
15-05-2023, 16:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər