Ucarda quldurluq edən üç nəfər saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində bir nəfər vətəndaşa qarşı quldurluq etməkdə şübhəli bilinən üç nəfər şəxs saxlanılıb. Araşdırmalarla onların Ucar rayon sakinləri Əbdürrəhim Məcidov, Əli İbrahimov və Zərdab rayonunda qeydiyyatda olmaqla müvəqqəti olaraq Ucar rayonunda yaşayan Elxan Əhmədov olduqları müəyyən edilib.
İlkin izahatlarında onlar törətdikləri əməli etiraf ediblər.
Aparılan istintaq hərəkətləri zamanı məlum olub ki, saxlanılan şəxslər dekabrın 6-da axşam saatlarında rayon ərazisində yerləşən qızıl mağazalarının birinin qarşısında bir nəfər rayon sakininə yaxınlaşaraq avtomobilin yük yerinə qoyduğu çantanı ondan tələb ediblər. Lakin sonuncu içərisində 7000 manat civarında dəyəri olan qızıl-zinət əşyalarının olduğu çantanı onlara verməyərək naməlum şəxslərə qarşı müqavimət göstərib. Bu zaman isə həmin şəxslər vətəndaşa xəsarət yetirməklə bərabər avtomobilin şüşəsini qırıblar və hadisə yerindən qaçıblar. Onlar hadisəni törədən zaman isə üzlərinin tanınmaması üçün tibbi maskadan istifadə ediblər.
Faktla bağlı Ə.Məcidov, Ə.İbrahimov və E.Əhmədov barəsində Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Həmin şəxslərin digər analoji cinayət hadisələrində iştiraklarının olub-olmaması araşdırılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-12-2022, 09:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB