reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda məktəbliyə qarşı əxlaqsızlıq edən həbs olundu

reklam

Bakıda məktəbliyə qarşı əxlaqsızlıq edən həbs olundu


Bakıda yerləşən 212 saylı tam orta məktəbdə 10 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər edən şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Regionxeberlericom.az apa-ya istinadən xəbər verir ki, Nərimanov rayon Məhkəməsində keçirilən iclasda təqdimat təmin edilib.

Qərara əsasən, Tərtər rayon sakini Sahil Həsənov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Cinayət işinin materiallarında göstərilib ki, təqsirləndirilən şəxs oktyabrın 2-də saat 19:39-da Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 212 saylı tam orta məktəbin birinci mərtəbəsinin dəhlizində 2012-ci il təvəllüdlü şagirdə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törədib.

Təqsirləndirilən Sahil Həsənov barəsində Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 153-cü maddəsi (Əxlaqsız hərəkətlər) ilə cinayət işi başlanılıb.




Paylaş:


Müəllif : Tarix:
3-11-2022, 12:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər