Lənkəranda partlayış - Tələbə yaralandı

Lənkəran şəhərində qaz sızmasından partlayış baş verib.
regionxeberlericom.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, partlayış hadisəsi Lənkəran Şəhəri Z.Əliyeva küçəsi 78, bina 3, mənzil 11-də baş verib.
Belə ki, həmin mənzildə kirayə qalan LDU tələbəsi olan Masallı rayonu Zuvand kənd sakini 1997-ci il təvəllüdlü Cəmil Xəlilzadə qazla işləyən su qızdırıcısını alışdırmaq istəyən zaman partlayış olub. Nəticədə C.Xəlilzadə sol qolu, qulaqları, boynunun arxa hissəsi və qismən də üz nahiyəsindən 1 və 2-ci dərəcəli yanıq xəsarətləri alıb.
Xəsarət alan şəxs tələbə yoldaşları tərəfindən Lənkəran Mərkəzi Xəstəxanasına çatdırılıb. C.Xəlilzadə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb.
Paylaş:
Müəllif : Redaktor
Tarix:16-03-2019, 09:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:16-03-2019, 09:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 08:22
23-08-2025, 19:00
23-08-2025, 11:59
23-08-2025, 08:52
23-08-2025, 08:50

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Müharibə iştirakçısı müəmmalı şəkildə öldü - “Biri “tok” vurub deyir, digəri yıxılıb”

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….