reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda eyni kompleksdə iki dəhşətli ölüm

reklam

Bakıda eyni kompleksdə iki dəhşətli ölüm
















Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Qobu Park Yaşayış Kompleksində bu gün eyni saatlarda ölümlə nəticələnən iki hadisə baş verib.

Orada yaşayan 1976-cı il təvəllüdlü Dildar Orucova özünü 5-ci mərtəbədən ataraq öldürüb. 

Oxu.Az-ın məlumatına görə isə gecə saat 2-3 radələrində “Qobu Park-2” yaşayış kompleksində beş yaşlı uşaq onuncu mərtəbədən yıxılaraq ölüb. Azyaşlının valideynləri boşanıblar, uşaq anası ilə tək yaşayırmış. Onların kirayədə yaşadıqları bildirilir. Ana hadisə yerinə gələn polislərə marketə getdiyini, qayıdanda isə uşağı evdə görmədiyini deyib. Bir qədər sonra isə uşağın atası da hadisə yerinə gəlib.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirildi ki, 46 yaşlı qadının ölümü ilə nəticələnən hadisə ilə bağlı hazırda Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.

Həmçinin 2018-ci il təvəllüdlü A.R-in ehtiyatsızlıq nəticəsində binanın 10-cu mərtəbəsindən yıxılaraq vəfat etməsi faktı ilə bağlı da zəruri araşdırma aparılır.

***

Oxu.az-ın məlumatına görə, “Qobu Park-1” yaşayış kompleksinin beşinci mərtəbəsindən özünü ataraq ölən Dildar Orucovanın qeyri-rəsmi münasibətdə olduğu şəxs dünən həbsxanadan çıxıb. “Bina 7-də yaşayırdılar.  Əri ilə rəsmi nikahı yox idi. Oğlan narkomandır və buranın sakini deyil. Biz qadının intihar etdiyini düşünmürük. Çünki qadının üzərində paltar yox idi, bir insan çılpaq intihar eləməz. Düşünürük ki, əri ilə münaqişə yaşayıb”, - deyə mənbə bildirib.




Paylaş:


Müəllif : Tarix:
2-09-2022, 16:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər