reklam
Regionxeberlericom.az » Hadisə » Bakı bulvarında həkimin övladını və anasını DÖYDÜLƏR

reklam

Bakı bulvarında həkimin övladını və anasını DÖYDÜLƏR


Daxili İşlər Nazirliyi həkim Esmira Qurbanovanın övladının, anasının və anasının rəfiqəsinin naməlum 5 qadın tərəfindən döyülməsi iddiasına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, bəzi sosial şəbəkə səhifələrində yayılan məlumatlara cavab olaraq qeyd edirik ki, hadisə avqustun 1-də Dənizkənarı Milli Park ərazisində baş verib.

Belə ki, vətəndaş E.Qurbanovanın anası İ.Babayeva və anasının rəfiqəsi A.Nəsirovanın tanımadıqları 3 qadınla aralarında münaqişə yaşanıb. Bununla bağlı müvafiq polis orqanında araşdırma başlanılıb. Tərəflərin xəsarətlərinin müəyyən edilməsi üçün ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.




Paylaş:


Müəllif : Tarix:
4-08-2022, 17:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər