Azərbaycana qar yağdı
İlin ən isti ayı sayılan iyulda Azərbaycanda qar yağıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyində verilən məlumata görə, hazırda paytaxtda havanın orta temperaturu iqlim normasından aşağıdır. Şahdağda isə havanın temperaturu 0 dərəcə qeydə alınıb, nəticədə yağıntı qara keçib, hətta 1 sm-lik qar örtüyü əmələ gəlib. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, bu nadir hadisə olsa da, lakin 2019-cu ildə iyulun 1-də də Şahdağda analoji proses baş vermişdi.
“Həm iyun ayında baş verən rekord sel-daşqın hadisələri, həm iyulun əvvəlində qeydə alınan proseslər iqlim dəyişmələrinin təzadlarının kəskinləşməsini, anomal atmosfer hadisələrinin artmasını növbəti dəfə göstərir”.
Xidmət rəisi qeyd edib ki, əvvəlcədən xəbər verildiyi kimi, soyuq atmosfer cəbhəsi əsasən şimal və qərb rayonlarında intensiv və güclü yağıntılara səbəb olub.
“Belə ki, Böyük Qafqazın bəzi yerlərində güclü leysan olub, cəmi 12 saat ərzində düşən yağıntının miqdarı Balakəndə 83 mm (aylıq normanın 108 faizi), Zaqatalada 80 mm (aylıq normanın 104 faizi) təşkil edib. Nəticədə səhər saatlarında Zaqatala rayonunun Talaçay, Qımır, Qımırbazar kəndlərindən sel keçib”.
U.Tağıyeva onu da bildirib ki, yaxın günlər ərzində əksər rayonlarda havanın yağmursuz olacağı gözlənilsə də, lakin ayın 9-dək şimal və qərb rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə qısamüddətli leysan xarakterli yağış yağacağı ehtimalı var.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-07-2022, 11:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB