Söyüşə görə həbsxana yoldaşını öldürən şəxs 12 il sonra tutuldu

Azərbaycanda 12 il əvvəl törədilmiş cinayətin üstü açılıb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda qeyd edilir ki, Dövlət Təhlükəsizliyi Xidməti ilə birlikdə qeyri-aşkar şəraitdə törədilmiş növbəti ağır cinayətin üstü açılıb.
Belə ki, 2010-cu il noyabrın 18-də paytaxt sakini Qürbət Abzərovun kəllə-beyin travması diaqnozu ilə daxil olduğu xəstəxanada 8 gün sonra ölməsi faktına görə Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmadığından iş üzrə icraat dayandırılıb.
Lakin sonradan cinayət işi təkrar öyrənilməklə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
Müəyyən edilib ki, 1964-cü il təvəllüdlü Telman Məcidov cəzaçəkmə müəssisəsində olarkən, onunla eyni vaxtda cəza çəkən 1969-cu il təvəllüdlü Qürbət Abzərovun, onun ailə üzvləri barəsində təhqiredici ifadələrə yol verdiyinə görə cəzasını çəkib qurtardıqdan sonra qisas almaq məqsədilə sonuncu ilə görüşərkən dəmir çəliklə qəsdən baş nahiyəsinə zərbə vuraraq sağlamlığına ağır zərərvurmaya aid xəsarət yetirib. Xəsarətin təsirindən Qürbət Abzərov müalicə olunduğu xəstəxanada ölüb.
Toplanmış sübutlar əsasında Telman Məcidova ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq və əməliyyat tədbirləri davam etdirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-06-2022, 15:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO