Dəhşətli qəzada ölənlər toydan qayıdırmış

İyunun 2-nə keçən gecə Kürdəmirdə baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Ağsu-Kürdəmir-İmişli yolunun Təklə kəndindən keçən hissəsində qəzaya uğrayan "Mercedes" markalı mikroavtobusdakı şəxslər toydan qayıdırmış. Belə ki, mikroavtobusun sürücüsü, 64 yaşlı Elman Əşrafov həyat yoldaşı Firəngiz Əşrəfova və dayısı oğlu Niyaməddin Ağayevlə birlikdə Kürdəmirin Pirili kəndində qohumunun evində keçirilən məclisdə iştirak ediblər. Daha sonra onlar yaşadıqları Ağsunun Qaradağ kəndinə qayıdarkən ağır qəza baş verib.
Mikroavtobusun əks istiqamətdə hərəkətdə olan "KamAZ" markalı yük maşını ilə toqquşması nəticəsində E.Əşrəfovla dayısı oğlu aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər. E.Əşrəfovun həyat yoldaşı isə ağır xəsarətlər alıb. O, təcili yardım maşını ilə Bakıya gətirilərək xəstəxanalardan birinə yerləşdirilib.
Hadisə nəticəsində "KamAZ"ın sürücüsü Şəki rayon sakini Faiq İsmayılov da xəsarətlər alıb.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-06-2022, 11:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB