reklam
Regionxeberlericom.az » Hadisə » Uşaq sığınacağındakı qətllə bağlı “Ümid yeri” rəhbərindən AÇIQLAMA

reklam

Uşaq sığınacağındakı qətllə bağlı “Ümid yeri” rəhbərindən AÇIQLAMA


27 yaşlı Ülviyyə Həsənovanın əri tərəfindən “Ümid yeri” uşaq sığınacağında qətlə yetirildiyi bildirilir. Qeyd edək ki, bu barədə məlumatı Binə qəsəbə ərazi nümayəndəsi Ərəstun Əlisoy bildirib. Dediyinə görə ailədə tez-tez münaqişə olduğundan qadın azyaşlıları ilə birgə 10 gün sözügedən sığınacaqda qalıb. Bunu həzm etməyən həyat yoldaşı Saməddin Həsənov sığınacağa gələrək qadını orada qətlə yetirib.

Saytımıza hadisə barədə danışan “Ümid yeri” uşaq sığınacağının rəhbəri Nigar Mənsimova qətl olayının sığınacaqda baş verdiyini inkar edib:

“O qadın uşaqları ilə birgə bizim sığınacaqda iki gün qaldı. Sonra valideynləri, qohum-əqrəbası gəlib onu əri ilə barışdırdı. Axşam həyat yoldaşı gəlib qadını aparanda küçədə mübahisələri düşüb. Yəni bizə aidiyyəti olmayan bir məsələdir. Uşaqlarını isə sığınacaqda qoymuşdu. Dedilər ki, gedib kirayə evlərini dəyişəcəklər. Sonra gəlib uşaqları aparacaqlar. Buradan çıxandan sonra nə baş veribsə, bilmirik”.

Nigar Mənsimovanın sözlərinə görə əslən Laçın rayonundan olan Ülviyyə Həsənova ərindən narazılıq edirdi:

“Deyirdi ki, əri ilə sevmədən və ailələrinin təhriki ilə ailə qurub. Sadəcə övladlarına görə onunla bir yerdə yaşamağa məcbur olduğunu söyləyirdi. Əri qızı sevirdi, qucaqladı və apardı. Yəni belə bir faciənin yaşanması gözlənilmirdi”, -deyə Nigar Mənsimova əlavə edib.

Qətl hadisəsinin harada baş verməsi ilə bağlı Baş Prokurorluqdan hər hansı məlumat ala bilmədik. Qurumun mətbuat katibi sorğumuzu cavabsız qoyub.

Xatırladaq ki, ötən gün Xəzər rayonu Binə qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Ülviyyə Həsənova qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı əri 1987-ci il təvəllüdlü Saməddin Həsənov tərəfindən çoxsaylı bıçaq xəsarətləri ilə öldürülüb.

Ailənin iki azyaşlı övladı var.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Saməddin Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. //Bizim.Media//




Paylaş:


Müəllif : Tarix:
14-03-2022, 18:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər