reklam
Regionxeberlericom.az » Hadisə » Tüfeyli həyat tərzi keçirən kişi yanaraq öldü - Tovuzdakı yanğının təfərrüatı

reklam

Tüfeyli həyat tərzi keçirən kişi yanaraq öldü - Tovuzdakı yanğının təfərrüatı


















Tovuz şəhərində ki, ticarət mərkəzində ölümlə nəticələnən yanğın hadisəsinin bəzi təfərrüatları məlum olub.

RegionXəbərləri.com xəbər verir ki, "Report"un məlumatına görə, həmin ərazidə yanmış meyiti aşkarlanan 62 yaşlı Ələkbər Ələkbərov tüfeyli həyat tərzi yaşayan biri olub. O, orada gecələyib və isinmək üçün ocaq qalayıb. İçki düşkünü də olduğu bildirilən şəxs elə qaladığı ocağ səbəbindən yaranmış yanğında yanaraq dünyasını dəyişib.

Qeyd edək ki, Tovuz şəhərində, ticarət mərkəzinin ərazisində sökülməkdə olan birmərtəbəli binanın sahəsi 12 kvadratmetr olan bir otağında məişət tullantıları 3 kvadratmetr sahədə yanıb. Ə.Ələkbərovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən ərazidə aparılan kəşfiyyat zamanı aşkarlanıb.

Onun meyiti adiyyəti üzrə təhvil verilib.

***

08:44

Tovuz şəhərində, ticarət mərkəzinin ərazisində sökülməkdə olan birmərtəbəli binanın sahəsi 12 m² olan bir otağında məişət tullantıları 3 m² sahədə yanıb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyi xəbər verir.

Yanğın yerinin kəşfiyyatı zamanı 1960-cı il təvəllüdlü Ələsgərov Ələkbər Əziz oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Otaq yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;




Paylaş:


Müəllif : Tarix:
27-01-2022, 09:56
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər