Bakıda iki sərnişin avtobusu toqquşub
Paytaxtın Şeyx Şamil küçəsində fiziki şəxs Malik Orucovun müvəqqəti istismarında olan 77 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, sərnişin avtobusu yoldan çıxaraq ağaca dəyib. Qəza zamanı avtobusda sərnişin olmayıb və xəsarət alan yoxdur.
Digər bir yol nəqliyyat hadisəsi isə Binəqədi şossesi Binəqədi kəndi istiqamətində olub. “Çinar Trans” MMC-nin müvəqqəti istismarında olan 133 və 165 nömrəli müntəzəm marşrut xətti üzrə iki avtobus toqquşub. Daşıyıcı şirkət “Çinar Trans” MMC-dən verilən məlumata görə hadisə nəticəsində 1 nəfər xəsarət alıb.
Hazırda hər iki hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən müvafiq araşdırma aparılır. Daşıyıcı şirkətlərin rəhbərliyi Agentliyə çağırılıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-01-2022, 17:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?