“Qanuni oğru”nun çürümüş meyiti tapıldı
İnquşetiyada Surxaxi kəndi yaxınlığında kriminal dairələrdə “Həmzət İnquş” kimi tanınan 31 yaşlı “qanuni oğru” Həmzət Auşevə aid ola biləcək skeletə çevrilmiş cəsəd tapılıb.
Artıq qabırğaları və kəllə sümüyü açıq olan meyitin yanından tapança da aşkarlanıb. Cəsədin üzərində cins şalvar və pencək var. Məlumata görə, Daxili İşlər Nazirliyi və İnquşetiya üzrə İstintaq Komitəsinin şöbəsi kriminal avtoritetin meyitinin tapılması ilə bağlı məlumatları təkzib etməyib.
Auşevin ölümünün əsas versiyası kimi radikal dini baxışlara sadiq qalan yerli sahibkarlara xərac qoymaq cəhdi səbəbindən qətlə yetirilməsi göstərilir. Mərhumun psixi durumu ilə bağlı intihar versiyası da nəzərdən keçirilir.
Həmzət Auşev Rusiyada ən gənc “qanuni oğru”lardan biridir.
O, 2013-cü ildə “Vladimirski Mərkəzi” həbsxanasında quldurluq və təşkilatlanmaya görə həbs edilib və uzun müddət cəza çəkib. 2020-ci ildə kriminal avtoritet psixiatriya xəstəxanasına göndərilib və 2021-ci ilin yazında sağlamlıq səbəbi ilə oradan azad edilib./Qafqazinfo
Paylaş:
Müəllif : Fuad
Tarix:8-01-2022, 08:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB