Əlif Hacıyevin rəis qardaşı həbs edildi
Bakıda avtomobilə odlu silahdan atəş açan sabiq polis rəisi Rza Hacıyev həbs olunub.
Bakupost.az xəbər verir ki, APA-nın məlumatına görə, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin olunub.
Rza Hacıyev barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiq ediblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatına görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dekabrın 16-da saat 23 radələrində Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini Rza Hacıyevin münaqişə zəminində həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R. Hacıyev saxlanılıb. Ondan “AKMS” markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
Xatırladaq ki, polkovnik Rza Hacıyev Bakının Sabunçu və Neftçala rayonlarının polis rəisi olub. Sabiq rəis hazırda təqaüddədir.
Rza Hacıyev Milli Qəhrəman, Qarabağ müharibəsi şəhidi Əlif Hacıyevin qardaşıdır.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-12-2021, 13:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?