
Azərbaycanda icra başçısı 100 illik Xan çinarlarını kəsdirdi - VİDEO

"Çinarlar kəsilən zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları müdaxilə etməyə çalışıb, amma Alı Alıyev onları ərazidən qovdurub"
Füzuli rayonu Horadiz qəsəbəsində 100-ə yaxın yaşı olan çinar ağacları kəsilib. Bu barədə rayon sakini Nəsimi Hüseynov məlumat verib.
O, bununla bağlı prezidentə də müraciət etdiyini bildirib.
N. Hüseynov deyib ki, Horadiz şəhərinin mərkəzi küçəsi hesab olunan "20 Yanvar" küçəsində 1950-ci illərdə əkilmiş 15-ə yaxın Xan çinarı kəsilib yox edilib.
Vətəndaş iddia edir ki, "20 Yanvar" küçəsindəki çinarlar rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin göstərişi ilə kəsilib.
Məlumata görə, Alı Alıyev 100 illik ağacları ona görə kəsib ki, guya Xan çinarları Horadiz şəhəri "20 Yanvar" küçəsinin hasarlarının görünüşünə mane olurmuş: "Çinarlar kəsilən zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları buna müdaxilə etməyə çalışıb, amma Alı Alıyev onları ərazidən qovdurub. Görünür, prezident İlham Əliyevin ağacların kəsilməməsi ilə bağlı dəfələrlə etdiyi xəbərdarlıqları Alı Alıyev qulaqardına vurub. Belə olmasaydı, icra başçısı prezidentin xəbərdarlığına nəzərə alaraq Xan çinarlarını kəsdirməzdi..."
Çinar ağaclarının kəsilməsini əks etdirən video görüntülər sosial şəbəkələrdə də yayılıb.
Füzuli Rayon İcra Hakimiyyətindən isə məsələyə münasibət bildirilməyib. (azfakt.az)
Paylaş:
Müəllif : Yazar
Tarix:12-03-2019, 16:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"Çinarlar kəsilən zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları müdaxilə etməyə çalışıb, amma Alı Alıyev onları ərazidən qovdurub"
Paylaş:
Müəllif :
Yazar
Tarix:12-03-2019, 16:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 08:22
Dünən, 11:59
Dünən, 08:52

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir
