reklam
Regionxeberlericom.az » Hadisə » Abşeronda 39 yaşlı kişidən sevgilisinə qarşı dəhşətli əməl - TƏFƏRRÜAT

reklam

Abşeronda 39 yaşlı kişidən sevgilisinə qarşı dəhşətli əməl - TƏFƏRRÜAT



Abşeron rayonunda 1982-ci il təvəllüdlü Vüsal sevgilisi Səbinəyə (zərərçəkmişin adı şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın xəbərinə görə, Vüsal 19 iyun 2021-ci ildə, saat 19 radələrində Səbinənin başqa şəxslə münasibətinin olmasını və onu sevmədiyini bildirməsinə görə aralarında mübahisə yaranıb.

Yaranmış mübahisə zamanı Vüqar Səbinəni yumruq və şillə ilə vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

İstintaq orqanı tərəfindən Vüqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, Səbinəni təxminən 2 il müddətdir tanıyır: “Səbinə ilə aramızda qeyri-rəsmi, lakin ər-arvad münasibətlərimiz olub. Səbinə ilə ailə həyatı qurmaq fikrim vardır. Lakin Səbinənin ailəsi buna razılıq verməyib”.

Təıqsirləndirilən şəxs qeyd edib ki, iyunun 19, saat 19 radələrində Səbinə ilə söhbət etmək istədiyini deyib: “Söhbət zamanı Səbinəyə ailə həyatı qurmaq barədə fikrini dəqiqləşdirib-dəqiqləşdirməməsini soruşdum. Səbinə isə mənim başqa qadınla münasibətimin olmasını, buna görə özünün də başqa şəxslə münasibətinin olduğunu dedi. Mən təəccübləndim və ona "mənə xəyanət etmisən?" sözlərini dedim. Səbinə isə bir daha dediklərimi təsdiqlədi. Buna görə şillə ilə bir dəfə Səbinənin qulaq nahiyəsindən zərbə vurdum. Səbinə əlləri ilə başını tutaraq aşağı əyildi”.

Təqsirləndirilən qeyd edib ki, bu zaman anası Dilbər və bacısı qızı Ayişə digər otaqdan onların olduğu otağa gəlib: “Anam Dilbərin mənim Səbinəni vurmağımdan məlumatı olub və üstümə qışqırıb. Səbinə bundan sonra evdən getdi, sonradan bu barədə şikayət olunmasından məlumatı olub”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səbinə bildirib ki, Vüsalı 2020-ci ilin dekabrından tanıyır: “Vüsalla qeyri-rəsmi, lakin ər-arvad münasibətimiz olub. Lakin son zamanlar Vüsalla münasibətlərimiz pisləşdi. Buna səbəb Vüsalın pis vərdişlərinin olması barədə məlumatımın olmasıdır”.

Zərərçəkmiş qeyd edib ki, iyunun 19-da, saat 14 radələrində Vüsalın Türkiyə Respublikasında yaşayan bacısı Vüsalə "Whatsapp" ani mesajlaşma proqramı vasitəsilə ona mesaj yazaraq anası Dilbərlə qızı Ayişənin əl və ayaq dırnaqlarına qulluq etməsini deyib: “Mən də etiraz etməyərək həmin onların yaşadığı ünvana getdim. Təxminən 5 saat orada işlədikdən sonra saat 19 radələrində işimi qurtardım. Evdən çıxaraq getməyə hazırlaşan zaman Vüsal anası Dilbərə mobil telefonu verməsini və gələn mesajlara cavab verəcəyini dedi. Zarafatla Vüsala atmaca ataraq yeni sevgilisinin mübarək olmasını dedim. Vüsal eyni sözləri də mənə təkrarladı. Yenə də zarafatla Vüsala "mənim sevgilim çoxdan mübarək olub" sözlərini dedim. Vüsal isə yaxınlaşaraq “mənə xəyanət etmisən?” sözlərini dedi və şillə ilə sifət nahiyəmə zərbə vurdu. Mən evdən getmək istədim. Vüsal əlləri ilə qolumdan tutaraq məni otağa apardı. Həmçinin orada da yumruqla qollarıma və ayaqlarıma zərbələr vurdu”.

Səbinənin ifadəsinə görə, bu zaman Vüsalın anası yaxınlaşaraq onu aralaşdırıb: “Vüsal otaqdan çölə çıxdı və bir-iki dəqiqə sonra yenə otağa geri qayıtdı. Otağa daxil olduqdan sonra Vüsal yaxınlaşaraq məni sevdiyini və mənsiz qala bilmədiyini dedi. Vüsala onu sevmədiyimi bildirdim. Bundan sonra Vüsal şillə ilə qulaq nahiyəmə zərbə vurdu. Əllərim ilə qulağımı tutdum, aşağı əyildim və qışqırmağa başladım. Vüsalın anası Dilbər yenə də otağa daxil oldu və Vüsalı aralaşdıraraq sonuncunun üstünə qışqırdı. Bundan sonra oradan çıxdım və Vüsalın məni döyməsi barədə şikayət etmək qərarına gəldim”.

Səbinə ifadəsinin sonunda qeyd edib ki, təqsirləndirilən şəxsdən şikayətçidir.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Vüsal 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Demokrat.az


Paylaş:


Müəllif : Tarix:
31-08-2021, 13:21
Sikayət   


loading...
Загрузка...