Rusiyada helikopter qəzası: Ölən və yaralananlar var

Rusiyada helikopter qəzaya uğrayıb. TASS xəbər verir ki, hadisə Arxangelsk əyalətində qeydə alınıb.
Rusiya Federasiyasının İstintaq Komitəsinin nəqliyyat üzrə Şimal-Qərb İstintaq İdarəsinin məlumatına görə, əyalətin Vaskovo hava limanından səmaya qalxan “Robinson” tipli helikopter Mudyuq adası yaxınlığında suya düşüb. Onun içərisində pilot və üç ovçunun olduğu bildirilib. Qəza nəticəsində bir nəfər həlak olub, iki nəfər xəsarət alıb, bir nəfər isə itkin düşüb.
Hadisənin başvermə səbəbi hələ ki, müəyyən olunmayıb. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-05-2021, 08:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-05-2021, 08:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 15:06
Dünən, 10:26
18-08-2025, 12:40
17-08-2025, 14:49
16-08-2025, 20:28

Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır

SOCAR Rusiyaya qarşı məhkəmə iddiası qaldıracaq? - “Bu, fors-major hal kimi qəbul edilir”

45 min manat vergi borcu olan “Atlas Alliance Group” şirkət FHN-nin tenderində necə qalib seçilib?

Rəqsanə həbsdə olan iş adamını azadlığa buraxdıracaqmış.. - Qohumlarından 520 min dollar alıb