reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda ana və qızı qazdan boğuldu - YENİLƏNİB

reklam

Bakıda ana və qızı qazdan boğuldu - YENİLƏNİB


Bakıda mənzildən meyiti tapılan qadınların ana və qızı olması müəyyən edilib.

Xəbərə görə, onlar dəm qazından boğularaq ölüblər.

Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

13:28

Bakıda mənzildən iki qadın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 2 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 72 yaşlı Rəhimova Səidə Fikrət qızının və 42 yaşlı Rəhimova Kəmalə Hacıağa qızının meyitlərini aidiyyəti üzrə təhvil veriblər.


Paylaş:


Müəllif : Tarix:
11-03-2021, 16:19
Sikayət   


loading...
Загрузка...