Gəncədə avtoxuliqan həbs edildi

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, araşdırmalarla, Göygöl rayon sakini 31 yaşlı Emin Məmmədovun müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etməsi məlum olub. “VAZ 21705” markalı avtomobili idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxs barəsində Gəncə şəhər BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə 1 il sürücülük hüququndan məhrum olan E.Məmmədov 15 gün müddətə inzibati qaydada həbs edilib.

Paylaş:
Müəllif : Fuad
Tarix:25-05-2020, 13:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:25-05-2020, 13:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 09:22
Dünən, 09:04
16-07-2025, 10:44

Xaricdə təhsil FIRILDAĞI: “Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi

Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” – “İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…