Açıq şəkildə maşında daşınan çörəklər - Koronavirus təhlükəsi
Koronovirus infeksiyasının tüğyan etdiyi bir zamanda vətəndaşları narahat edən əsas məsələlərdən biri də çörək və digər un məmulatlarının daşınması, eləcə də satışı ilə bağlı neqativlərdir.
Sosial şəbəkə istifadəçilərinin ictimailəşdirdiyi fotolarda çörəklərin nəqliyyat vasitələrinin salonlarında, heç bir gigiyenik tələblərə riayət edilmədən daşındığı aydın görünür.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sektor müdiri Ramazan Nəbiyev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, ölkədə koronavirusla mübarizə tədbirləri çərçivəsində ərzaq məhsullarının ticarətilə məşğul olan müəssisələrdə, bazarlarda, yarmarkalarda koronavirusun profilaktikasına dair metodiki vəsaitlər hazırlanıb:
“Burada həm alış-veriş edən istehlakçılar üçün, həm də sahibkarlar üçün hansı tədbirlərin görülməsinin vacibliyi öz əksini tapıb. Ümumiyyətlə, istehlakçılar mümkün qədər çatdırılma xidmətlərindən istifadə etməlidirlər. Əgər həmin müəssisələrə getməklə alış-veriş etməyi nəzərdə tutublarsa, sıxlığı nəzərə almalı, daha az müştəri olduğu saatlarda bunu etməlidirlər. Kassalarda növbələrdə dayanarkən digərlərilə 2 metrlik məsafə saxlamalıdırlar. Aldıqları məhsullar sukeçirməyən materiallarla-plastiklə, şüşə ilə və s. ilə qablaşdırılıbsa, bu zaman həmin məhsulları mətbəxlərində yerləşdirməzdən əvvəl sabunlu su ilə yuyub durulaya bilərlər. Ödənişə gəldikdə, mümkün qədər kağız və metal pullardan az istifadə etmələri tövsiyə edilir, onlayn və kartla ödənişə üstünlük verilməlidir. Həmçinin, meyvə-tərəvəzləri istifadə etməzdən əvvəl yaxşıca yumalı, göyərtiləri isə duzlu-sirkəli suda 10-15 dəqiqə saxlamalıdırlar”.
Çörəyə gəldikdə, AQTA rəsmisi deyib ki, bu, Nazirlər Kabinetinin 94 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ticarət, ictimai iaşə və digər növ xidmət qaydaları müəyyən olunub:
“Qaydalarda göstərilən ərzaq mallarının, çörək, bulka, qənnadı məmulatlarının, meyvə-tərəvəz məhsullarının satış xüsusiyyətlərində göstərilən tələblərə riayət olunmalıdır. Bu dövrdə açıq şəkildə satılan çörək-bulka,qənnadı məmulatları, quru meyvələr, istehlakdan öncə heç bir termiki emala yaxud təmizləmə prosesinə məruz qalmayan, qablaşdırılmamaış qida məhsulları xüsusi vitrin arxasında saxlanılmalı və istehlakçılardan təcrid edilməlidir. Həmin məhsullar xüsusi gigiyenik vasitələrlə təmin edilmiş işçi heyət tərəfindən istehlakçılara təqdim olunmalıdır. Yəni istehlakçıların bu məhsullara toxunmasının qarşısı alınmalıdır”.
R.Nəbiyev qeyd edib ki, xüsusi karantin rejimində bu kimi halların qarşısının alınması məqsədilə AQTA ərzaq məhsullarının satışı məntəqələrində monitorinqlər aparır:
“AQTA əməkdaşları qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, ərzaq məhsullarının satışı məntəqələrində xüsusi karantin rejiminə, eləcə də Agentliyin bu sahədə hazırladığı metodiki göstərişlərə əməl olunması ilə bağlı monitorinqlər keçirir. Eyni zamanda, bu tədbirlər çərçivəsində qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində çalışan əməkdaşların maarifləndirilməsi ilə bağlı geniş təbliğat işləri görülür.
İndiyədək Agentlik əməkdaşları tərəfindən sahibkarlar arasında mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilib. Onlara termiki emal olunmadan və təmizlənmədən keçmədən istifadə olunan qida məhsullarının xüsusi yerlərdə saxlanılması, bu məhsulların alıcılara xüsusi geyimli market əməkdaşları tərəfindən təqdim edilməsi ilə bağlı tövsiyələr verilib. Eləcə də qida məhsullarının daşınması və saxlanılması qaydalarına əməl olunması ilə bağlı ərzaq məhsullarının satışı ilə məşğul olan ticarət müəssisələrinin sahiblərinə məlumat verilib ki, daşınması qaydalara uyğun şəkildə həyata keçirilməyən qida məhsulları, xüsusilə çörək, digər un məmulatları, qənnadı məmulatlarını satış şəbəkələrinə daxil etməsinlər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-04-2020, 13:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-04-2020, 13:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:15
5-09-2025, 15:06
5-09-2025, 10:19
5-09-2025, 10:17
5-09-2025, 10:15
5-09-2025, 09:00
5-09-2025, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video