Abutalıbovun bu sərəncamı ləğv edilə bilər - BƏLA oldu
Xətai rayonu Gəncə prospekti 2942A ünvanında, “Şəms” şadlıq evinin arxasında prospektə çıxışı olmayan, bir neçə binanın yerləşdiyi məkanda yeganə kiçik açıq sahə olan ərazinin tikinti aparılması üçün hasara alınması sakinlərin haqlı narahatlığına səbəb olub. Sözügedən ünvanda binaların bir-birinə sıx inşa edilməsi, ərazidə avtomobil park etmək və uşaqların oynaması üçün yerin qalmamasından sakinlər şikayətçidir.
Tikinti üçün nəzərdə tutulan sahə 269 saylı məktəbin qarşısında yerləşir. Sakinlər bildirirlər ki, sözügedən bina inşa ediləcəyi təqdirdə məktəbə düşən günəş şüalarının qarşısını alacaq, məktəb və şagirdlər üçün problem yaradacaq.
Onlar hasarlanması üçün dəmir dirəklər basdırılan ərazidə işlərin dayandırılmasını, sahibkara alternativ təklif verməklə, bu ərazinin geri alınmasını və burda park salınmasını istəyirlər.
Mövzu ilə bağlı Axar.az-a açıqlama verən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu bildirib ki, hazırda Xətai rayonu Gəncə prospekti 2942A ünvanında tikinti aparılması ilə bağlı şəhərsalma normalarının tələbləri nəzərə alınmaqla layihəyə baxılır:
“Həmin ərazidə yaşayış binasının tikintisinin planlaşdırılması ilə bağlı Komitəyə müraciət olunub. Gəncə prospekti 2942A ünvanında yerləşən torpaq sahəsi 2015-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədi ilə sərəncamla vətəndaşın istifadəsinə verilib. Ərazidə yaşayış binasının tikintisi planlaşdırılır. Ancaq hazırda şəhərsalma normalarının tələbləri nəzərə alınmaqla layihəyə baxılır”.
R.İdrisoğlu bildirib ki, layihəyə baxıldıqdan sonra ərazidə tikintinin aparılmasının uyğun olub-olmadığı məlum olacaq:
“Layihəyə baxılması o deməkdir ki, hələ orada tikinti işləri aparılacağı dəqiq deyil. Çünki tikintiyə icazə verilməyə də bilər. Layihə normativlərə uyğun olacaqsa və qanuni tələbləri pozmayacaqsa, o zaman tikilə bilər.
Normativ və qanuni tələblər dedikdə həyətyanı və park ərazisinin olub-olmaması, binalara yaxınlıq məsafəsi, məktəbə düşən günəş şüalarının qarşısını alıb-almaması araşdırılacaq”.
Qeyd edək ki, Xətai Rayon İcra Hakimiyyəti mövzu ilə bağlı sualı cavablandırmaqdan cidd-cəhdlə yayınır.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-01-2020, 12:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-01-2020, 12:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:15
5-09-2025, 15:06
5-09-2025, 10:19
5-09-2025, 10:17
5-09-2025, 10:15
5-09-2025, 09:00
5-09-2025, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video