Yeni məktəbli formaları neçəyə olacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyində 2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihəyə dair ictimai rəyin öyrənilməsinə başlanılıb.
Layihədə görə qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olması nəzərdə tutulur. Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq.
Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov Lent.az -a bildirib ki, yeni məktəbli formalarının hansı müəssisələrdə hazırlanacağı ilə bağlı qərar yoxdur:
“Hazırda bir neçə nümunədə məktəbli formalarının üzərində işləyirik. Bildiyiniz kimi, bazarda ən böyük müəssisə bizik və 10 ildir bu işlə məşğuluq. Hər il BTE-nin tikdiyi məktəbli formaları daha çox alınır. Həmçinin “BTE” nişanı olan formalara cavabdehik və onların keyfiyyəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində yoxlanılaraq təsdiq edilir. Bununla yanaşı, əvvəlki məhsullarımız Avropa laboratoriyalarında da yoxlanılaraq, sertifikat verilib”.
E.Əzimov deyib ki, qurumun hazırladığı məktəbli forması nümunələri nazirlikdə qəbul edilərsə, ötən illərdə olduğu kimi yenə də BTE məhsullarını satışa çıxaracaq: “Qiymətlər barədə isə indidən nəsə demək mümkün deyil. Əvvəlki formada pencək var idi, yeni nümunələrdə bu yoxdur. Bir sözlə, məktəbli formaları ilə bağlı nümunələr seçildikdən və təsdiqləndikdən sonra qiymətlər müəyyənləşəcək. Sonra bu barədə ictimaiyyətə də məlumat verəcəyik”.
Xatırladaq ki, nazirliyin təklif etdiyi geyim formaları elementlərinin aşağıdakı rənglərdə hazırlanması nəzərdə tutulur:
- Ətək və şalvar - qara, tünd qəhvəyi, tünd boz, tünd göy və qəhvəyi-yaşıl;
- Köynək - ağ, dəri, mavi, açıq yaşıl və açıq sarı;
- Jaket - tünd boz, qəhvəyi, tünd göy, tünd yaşıl və açıq gəhvəyi.
Geyim formasının rəngi ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının qərarı ilə müəyyən ediləcək. Ümumi təhsil müəssisəsində yalnız bir geyim forması tətbiq edilə bilər. Dövlət ümumi təhsil müəssisələrinin şagirdləri məktəbdə və təntənəli məktəb tədbirlərində (məktəbdən kənarda olsalar da belə) müəyyən edilən geyim formasını geyinməlidirlər.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-01-2020, 15:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-01-2020, 15:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:44
Bu gün, 10:38
Bu gün, 08:56
Dünən, 15:41
Dünən, 15:06
Dünən, 12:22
Dünən, 12:18
Dünən, 12:15

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II