18 yaşlı girovun hekayəsi: Polis Sevgiyənin sənədlərini anasından almağa hazırlaşır

Bir neçə gün yaxınlarının girov saxladığı 18 yaşlı Krasnoyarsk sakini, azərbaycanlı Sevgiyə Sübhani İsmayılova hazırda “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağındadır və Rusiyaya qayıtmağa hazırlaşır.
Oxu.Az bu barədə “Təmiz Dünya”nın sədri Mehriban Zeynalova ilə danışıb.
“İndi biz (hüquq-mühafizə orqanları ilə birlikdə - red.) Sevgiyənin anasında olan sənədlərini əldə etməyə çalışırıq. Bildiyiniz kimi, Azərbaycana gələndən sonra qızın anası Rəsmiyyə İsmayılova onun sənədlərini alıb yandırdığını bildirib. Lakin bunun doğru olmasına şübhə edirik”, – deyə M.Zeynalova Oxu.Az-a bildirib.
Yanvarın 16-da Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti hüquq-mühafizə orqanları əməkdaşlarının ayın əvvəlində S.İsmayılovanın anası tərəfindən zorla Azərbaycana gətirilməsi və ev dustaqlığında saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara reaksiya verməsi ilə bağlı açıqlama yayıb.
Daha əvvəl bildirilirdi ki, qohumları qızı fiziki zorakılığa məruz qoyub və cinsi oriyentasiyasına görə öldürməklə hədələyib. Bundan əlavə, onu zorla evləndirmək istəyiblər. Bütün bunlar haqqında S.İsmayılovanın rəfiqəsi Polina Vavilina “Instagram” və “Vkontakte” səhifələrində paylaşıb.
O, kömək üçün Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edib. Diplomatik nümayəndəlik də öz növbəsində vəziyyəti aydınlaşdırmaq üçün Azərbaycanın dövlət qurumları ilə əlaqə saxlayıb və məsələyə nəzarət edir.
Yanvarın 17-də məlum olub ki, Sevgiyənin anası Rəsmiyyə İsmayılova Xırdalan şəhərində yaşayır. Əldə edilən məlumata görə, Sevgiyə ikinci dəfə qohumlarından qaçmağa müvəffəq olub, bundan sonra hüquq-mühafizə orqan əməkdaşları onu sığınacağa təhvil veriblər.
“Krasnoyarskda qızın təhlükəsizliyini yerli polis və hüquq müdafiəçiləri təmin edəcək. Ümid edək ki, orada onun başına heç bir pis hadisə gəlməz”, - M.Zeynalova deyib.
Qeyd edək ki, yanvarın 16-da sığınacaqda olarkən S.İsmayılova insanlara video ilə müraciət edərək: “Rəfiqəm Polinanın yazdıqlarının hamısı yalandır. Mən könüllü olaraq Azərbaycana gəlmişəm. Mən, sadəcə, o cəmiyyətdən, o qrupun əlindən qaçdım. İndi təhlükədə deyiləm”, - deyib.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-01-2020, 15:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-01-2020, 15:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:49
Dünən, 13:52
Dünən, 12:02
Dünən, 11:53
12-09-2025, 15:04
12-09-2025, 14:39
11-09-2025, 20:43

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB